WordPress saytda kontent göndərən istifadəçilərə verilən icazələr və funksiyalar haqqında…

Salam. WordPress sistemli bir elan layihəsində istifadəçilər sistemə “Facebook” login vasitəsilə daxil olacaq və bunun həlli aydındır. Hazırda, istifadəçi, “Facebook” login vasitəsilə sayta daxil olduqdan sonra, admin paneldə öz profilini redaktə edə və saytdakı toplam postların (digər müəlliflərin də) sayını görə bilir…
Bilmək istədiyim odur ki, necə etmək olar ki, istifadəçinin WordPress admin panelində profilini redaktə etmə özəlliyi deaktiv olunsun. Həmçinin, istifadəçilərə admin paneldə saytdakı ümumi postların sayı barədə məlumat göstərilməsin. Daha yaxşı olar ki, ümumiyyətlə, istifadəçilərə WordPress admin panelinə giriş icazəsi verilməsin. İstifadəçilər, sadəcə, “Facebook” login vasitəsilə sayta daxil olduqdan sonra, Cavablar.net layihəsindəkı “Sual verin” funksiyası kimi özəlliyi olan bir editorla elanlarını göndərə bilsinlər… Sizcə, bunları hansı pluginlərlə və ya sadə editləmələrlə etmək olar?…
Cavabınız üçün öncədən təşəkkür edirəm!…


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(11:59, 16/04/2018 ) #71617

Salam. Bunu kod ilə də etmək olar , qoşma ilə də.

Qoşma ilə etmək sadədir. Qurdunuz, sonra wp-admin/users.php?page=users-user-role-editor.php bölməsindən girirsiniz və ADD ROLE edirsiniz. Make copy of EDİTOR seçirsiniz məsələn, və yeni ad verirsiniz bu role-a. Məsələn “istifadechi”. Daha sonra istifadechi-nin səlahiyyəti olur bütün postları görmək və redaktə etmək. Elə o səhifədəcə yeni yaradılan role-u seçib redaktə edirsiniz, və edit_others_post, edit_posts, edit_post və.s. kimi adlarında edit hissəciyi olan checkbox-ları uncheck edib yadda saxlayırsınız.(onlar bəs etməsə orada publish_ və delete_ ilə başlayan səlahiyyətlər də var, onları da ləğv etmək olar) Vəssalam. Məsləhətim budur ki, bu check-ləri uncheck etdiyiniz zaman bir-bir edib hər dəfə nəticəni yoxlayasınız və qaneedici nəticə olanda dayanasınız. Bir-bir edib hər dəfə yoxlamaq ona görə yaxşıdır ki, ləğv edilməsi lazım olmayan hansısa digər səlahiyyəti boş yerə ləğv etməyəsiniz deyə.
Sonra da wp-admin-də settings bölməsindən girib default user role seçimini subscriber-dən keçirib edirsiniz istifadechi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:52, 17/04/2018 ) #71631

    İlginiz və nəzakətiniz üçün təkrar təşəkkürlər, Elvin bəy!… Dediyiniz plugini test edəcəyəm…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (4 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (4 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (7 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (8 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (8 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (8 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (20 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (21 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (21 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024