WordPress saytda kontent göndərən istifadəçilərə verilən icazələr və funksiyalar haqqında…

Salam. WordPress sistemli bir elan layihəsində istifadəçilər sistemə "Facebook" login vasitəsilə daxil olacaq və bunun həlli aydındır. Hazırda, istifadəçi, "Facebook" login vasitəsilə sayta daxil olduqdan sonra, admin paneldə öz profilini redaktə edə və saytdakı toplam postların (digər müəlliflərin də) sayını görə bilir... Bilmək istədiyim odur ki, necə etmək olar ki, istifadəçinin WordPress admin panelində profilini redaktə etmə özəlliyi deaktiv olunsun. Həmçinin, istifadəçilərə admin paneldə saytdakı ümumi postların sayı barədə məlumat göstərilməsin. Daha yaxşı olar ki, ümumiyyətlə, istifadəçilərə WordPress admin panelinə giriş icazəsi verilməsin. İstifadəçilər, sadəcə, "Facebook" login vasitəsilə sayta daxil olduqdan sonra, Cavablar.net layihəsindəkı "Sual verin" funksiyası kimi özəlliyi olan bir editorla elanlarını göndərə bilsinlər... Sizcə, bunları hansı pluginlərlə və ya sadə editləmələrlə etmək olar?... Cavabınız üçün öncədən təşəkkür edirəm!...

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Jurnalist (2018-04-17 16:52:22)
İlginiz və nəzakətiniz üçün təkrar təşəkkürlər, Elvin bəy!... Dediyiniz plugini test edəcəyəm...

E. Hacı (2018-04-16 11:59:32)
Salam. Bunu kod ilə də etmək olar , qoşma ilə də. Qoşma ilə etmək sadədir. Qurdunuz, sonra wp-admin/users.php?page=users-user-role-editor.php bölməsindən girirsiniz və ADD ROLE edirsiniz. Make copy of EDİTOR seçirsiniz məsələn, və yeni ad verirsiniz bu role-a. Məsələn "istifadechi". Daha sonra istifadechi-nin səlahiyyəti olur bütün postları görmək və redaktə etmək. Elə o səhifədəcə yeni yaradılan role-u seçib redaktə edirsiniz, və edit_others_post, edit_posts, edit_post və.s. kimi adlarında edit hissəciyi olan checkbox-ları uncheck edib yadda saxlayırsınız.(onlar bəs etməsə orada publish_ və delete_ ilə başlayan səlahiyyətlər də var, onları da ləğv etmək olar) Vəssalam. Məsləhətim budur ki, bu check-ləri uncheck etdiyiniz zaman bir-bir edib hər dəfə nəticəni yoxlayasınız və qaneedici nəticə olanda dayanasınız. Bir-bir edib hər dəfə yoxlamaq ona görə yaxşıdır ki, ləğv edilməsi lazım olmayan hansısa digər səlahiyyəti boş yerə ləğv etməyəsiniz deyə. Sonra da wp-admin-də settings bölməsindən girib default user role seçimini subscriber-dən keçirib edirsiniz istifadechi.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress saytında adsense reklamları görünmür

WordPress alt menyu

WordPress’də xəbəri necə bölmək olar?

WordPress də müəyyən bölmələri ayırmaqda kömək

WordPress premium tema almaq

wordprees de elementor ile sehife düzenleyerek yüklenir?