internetden proqramlaşdırma öyrənmək

Salam tutaq ki mən kompyuter akademiyasına getmədim və internetdən öyrəndım proqramlaşdırma dilini məsələn bu gün sabah bu sənət üzrə mən hansısa bir yerde işləyə biləcəm? Yəni məndən sertifikat zad istəməzlər ki? Bu arada internetden öyrənmək doğrudurmu sizce? Bu dəqə Php'də Dəyişkənlər İf else elseif sərbəst form qura bilirəm file upload str_replace htmlspecialchars strip_tags Türk kanallarınnan öyrendiyimi üçün mysql bağlantı kurmak mysql kayıt mysql veritabanından veri çekmek mysql veri güncelleme mysql veriyə hit verme mysql veri tabanından veri silme for foreach while str_split md5 script alert include Location Refresh Array Toplama işlemleri Boşluk temizleme (trim,ltrim,rtrim) nl2br ucword ucfirst boş gələn veriler (empty) sqrt kök çıxarma is_file is_dir rond Bidə gettype Bunları bilirəm bes eder? Yoxsa birazda öyrənim?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2018-05-06 17:38:03)
Istənilən bank kartı ilə ödəmək olur udemyde

psycho (2018-05-05 19:33:27)
Cavabınız üçun teşekkür edirem udemyde ödeniş üsullarında olan kartların hec biri mende yoxdu ne ede bilerem?

E. Hacı (2018-05-05 16:30:27)
Salam. Sizin yazdıqlarınız funksiya adlarıdır və proqramlaşdırmanın heç 1%-ni belə təşkil etmir. Təbii ki, bəs etməz. Proqramlaşdırma hansısa dilin sintaksisini, kodların necə yazıldığını öyrənmək deyil. Proqramlaşdırma daha çox məntiqi model qurma, problem həll etmə qabiliyyəti + bu həllin hər hansı proqramlaşdırma dilində yazılması üçün o dili bilməsi və o dilə aid ən effektiv texnologiyaları (library, class, framework, CMS, Container, Cache layer və.s.) işlədə bilməsidir. İnternetdən öyrənmək istəyirsinizsə ya Udemy-də ya da digər bir mənbədə sıfırdan öyrədən dərslər tapıb, aylarla bu yöndə davamlı olaraq çalışmaq lazımdır. Bu işin asan yolu yoxdur, əgər axtarmağa çalışsanız, vaxt itirəcəksiniz. Proqrmalaşdırma öyrənmək üçün bir neçə il lazımdır, qısa yol mövcud deyil. Bəli, başlanğıc səviyyə üçün bir ildən daha az zaman lazım ola bilər, o heç, amma ümumi bişməyə illər lazımdır. İnternetdən öyrənmək mövcud yollların ən çətinidir, yanınızda müəllim olmur deyə, yol göstərən və tələb edən olmur deyə aylarla davamlı öyrənmək üçün güclü iradə lazımdır. Ona görə də effektiv bir kursa getmək daha düzgün yol sayılır, nəinki internetdən öyrənmək. Amma təkrar edirəm, bu o demək deyil ki, internetdən öyrənmək olmur, minlərlə insan var ki, hər şeyi sıfırdan məhz internetdən öyrənib

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

nece iT mutexessisi ola bilerem?

NETBEANS 8.2 açılmır.

Yeni proqramlaşdırma dili

Proqramlaşdırma üzrə freelance kimi online(internet üzerinden) pul qazanmaq

Java dilndə hazırlanmış proqramlar hansı platforma üçündür?

Play store proqram hazırlamaq