Saxta İphone

Salam. İphone telefonun original olmadığını hansı xüsusiyyətlərindən bilmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Meego (2018-05-06 00:28:21)
Salam. Eger ekran ferglidirse cox gumanki ya refdi yada ekran deyishilib original qoyulmayib.

E. Hacı (2018-05-03 11:48:23)
Format atmağın mövzu ilə nə əlaqəsi var? Format atdınız ya atmadınız - hər iki halda sistem İOS olmalıdır. Əgər ios deyilsə, deməli saxtadır və format filan kömək etməz. Ekrana gəldikdə isə, baxır həssaslıq nəyə deyirsiniz. Ən yaxşısı bir dənə original normal iphone-u götürürsünüz, yanaşı ikisini də test edirsiniz. Touch screenin necə işləməsindən tutmuş rənglərə qədər, əgər saxta olsa ciddi fərq hiss edəcəksiniz

bayramali (2018-05-02 21:32:58)
Ekran həssas deyilsə saxtadır? Format atsam İos sistemi berpa olunacaq?

bayramali (2018-05-02 21:31:40)
imei kodu yoxlamışam çıxır . İnternetde olan bütün informasiyalara baxmışam. Lakin ekranın hessas olmamağı məni çox narahat edir. Təşəkkür

Bextiyar Azeroglu (2018-05-02 19:57:59)
Yaxud imei seriyasını imei.info saytında yoxlayın görün o telefon çıxır.

E. Hacı (2018-05-02 09:55:09)
Əgər ios sistemi ilə işləyirsə, saxta ola bilməz. Sadəcə bu bəs edir. Amma detallarinin , məsələn korpusunun, ekranının və ya batareyasinin dublikat olması mümkündür. Onu da başı çıxan biri baxib deyə bilər. Əsas ekrandir, ki dublikatlar adətən rəngləri, həssaslığı və.s. keyfiyyətli olmur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İphone 4ü necə jailbreak etmək olar?

iPhone koda dusub necə açmaq olar

Musiqi Player İPhone 3GS

iphone 5s modelində A1350 nədir

İphone 5c zaryadka

iphone 6s – bakcell tərəfindən telefonun istifadəsinə məhdudiyet qoyulu