Xaricdən sifariş zamanı kartdan vergi

Salam. Mən computeruniverse.ru saytından fərdi istifadə üçün kompyuter hissələri sifariş vermək istəyirəm. Son zamanlar xaricdən onlayın sifariş zamanı kartdan vergi tutulduğu və ümumiyyətlə bəzi saytlardan sifarişlərə qadağa qoyulduğunu deyirlər. Bu nə dərəcədə doğrudur?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

kamaleddin (2018-05-05 11:57:12)
Sağolun! Təşəkkürlər!

E. Hacı (2018-05-05 08:47:43)
Düzdür, varmış belə yazan deməli. Siz o yazıya fikir verməyin, çox güman müəllif nə haqda yazdığını bilmir deyə belə bir ciddi səhve yol verib. Tamamilə yanlışdır, heç bir məhsul alışında vergi yoxdur. 18% ƏDV aiddir virtual xidmətlərə (premium uzvluk, proqram təminatı, oyun , oyunda balansa nəsə yükləmək və.s. ) tətbiq edilir, 10% vergi use online pulqabilarinin balansına pul qoymağa (webmoney, Yandex money, qumar saytlarında balansa pul qoymaq və.s.) fiziki(toxuna bileceyiniz, ələ götürülən şeylər ) mallara tətbiq edilmir

kamaleddin (2018-05-05 01:53:46)
Arb tvdə bu cür məlumat yayımlanıb. Rəsmi qaynaqlarda məlumat tapa bilmədiyim üçün sual verməli oldum. Cavabınız üçün sağolun. Minnətdaram.

E. Hacı (2018-05-05 01:01:42)
Kim deyir? Deyirlər deyəndə dəqiqləşdirmək lazımdır ki kim deyir bunu. Elə bir şey yoxdur və olmayıb. Kartdan vergi sadəce xidmət alisları üçündür. Fiziki əşya, otel və bilet alislarinda heç bir vergi yoxdur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ENTROPAY AZN-DOLLAR

From. Ae forma doldurmaq

Youtube pul qazanmaq .Mən nə qdər qazanmisam ?

Məhlə torpağa VÖEN açmaq olarmı?

Aliexpressden sifariş vermeyin qaydasini

PDM-dən telefonu götürmək