kompyuter birdən qaralıb söndu ve acılanda windows yüklənmir yazır.

salam Kompyuterim isləyirdi birdən qaraldı indi açanda ekrana windows yükləyə bilmir yazisi gəlir onu necə aça bilərəm içindeki məlumatlar silinmeden açılsın?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Emil- (2018-05-10 02:14:33)
O her zaman ise yaramir. Ciddi zede olanda komek olmur

Mr.Thor (2018-05-10 00:27:26)
Salam.Format hər zaman problemi həll etmək deyil.Sistemi disk vasitəsi ilə geri çəkə bilərsiniz ələbtkə qayıtma bərpa nöqtəsi yaradılıbsa.

Emil- (2018-05-09 20:23:50)
Cox zaman sistem cokende yalniz Format etmek komek edir. C diski, ekran, dokumentler olan papkalar silinecek. D diski ise qalir. Azerbaycanca melumat cox azdir, rus dilinde bu barede axtarin.

kamaleddin (2018-05-09 16:16:13)
Bu işlərdə təcrübəniz yoxdursa, mütəxəsisə müraciət edin. Əgər təcrübəniz varsa aşağıdakı üsulları yoxlaya bilərsiniz. A) Kompyuter açılarkən F8 düyməsin tez-tez basın. Müxtəlif açılış üsulları olan ekran görəcəksiniz. Əməliyyat sistemindən asılı olaraq sizdə başqa dildə ola bilər.( TR RU ) İlk olaraq "Last known good konfiguration" - seçin. Nadir hallarda bu seçim köməyə çatır. Kompyuteri bu üsulla açdıqdan sonra problem aradan qalxır. Bu seçim alınmazsa "Safe mode" seçin. B) Əgər yuxarıdakı üsullar alınmazsa, kompyuteri Live CD/DVD ilə açıb sənədləri əməliyyat sisteminin olmadığı diskə və ya xarici qurğuya köçürə bilərsiniz. C) Live CD tapmaq və ya hazırlamaq sizin üçün çətindirsə, normal format diski ilə kompyuteri açın. Aşağıdakı mərhələyə çatdıqda əvvəlki əməliyyat sisteminin yüklü olduğu disk hissəsin seçin, ancaq FORMAT/BİÇİMIENDİRME eləmədən davam edin. Köhnə əməliyyat sistemi Windows old adlı qovluğa yığılır. Lazımı sənədləri içərisindən götürdükdən sonra qovluğu silə bilərsiniz.