Gömrük ədədə görə bağlamanı saxlayıb. 36% istəyir

Salam. Bağlamada 40 ədəd geyim malı var. Demək olar ki eyni çeşiddə. Bağlamanı "kommersiya"ya düşdüyünə görə gömrük saxlayıb. Amma bağlamanın dəyəri 1000 dolları keçmir, 500 dollar ətrafındadı. Sualım ondan ibarətdir ki ədədə görə saxlamaq ixtiyarları hansı qanunda qeyd olunub. Və belə qanun varsa, öz haqqımı tələb edə bilərəmmi? Yani, bu idarədə nəsə sübut etmək real bir şeydi, yoxsa boş boşuna vaxtımı və əsəbini itirəcəm?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-05-13 23:26:56)
İlk öncə qeyd edək ki, 1000$ limiti yalnız şəxsi istifadə üçün olan mallara aiddir və bu qanunda aşkar qeyd edilib. Buna uyğun gəlməyən mal hətta 10$a olsa belə yenə də rüsum düşür. Aydın məsələdir ki, 40 ədəd mal şəxsi təyinat üçün olmur, satış üçün olur. Lap əgər istisna halda doğurdan da kimsə özü üçün 40 eded geyim alırsa bu onun problemidir və gömrük işçisinin ona inanmamaq haqqı var. Qanuna gəldikdə isə mence ədədlə bağlı qanun yoxdur, buna sadece müvafiq ekspert qərar verir ki, şəxsi təyinata bənzəmir və deməli rüsum ödənməlidir. Meselen keçən dəfə bir tanışım bir eded almışdı mal, qiyməti de 1000den az. Gömrük saxladı və izah elədi ki bu mal yalnız şirkətlər üçün lazım olan şeydir deyə şəxsi təyinat hesab edə bilmərik. Tanış da rüsumu ödədi götürdü.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aliexpress Gomruk

Aliexpress gonderisde bahalasma?

AliExpress’dən videoresgistrator almaq

Telefonları niyə Azərbaycan əvəzinə Türkiyə gömrüyü saxlayıb?

Apple.com-dan daşıma şirkəti vasitəsilə iPhone almaq mümkündürmü?

18+ sexshop aliexpress