Behance – Məhkəmə təbliğatı

Salam.Bir tanışa Behance profilində guya başqa birisinin dizaynını yerləşdirdiyi üçün təbliğat göndəriblər. Məsələ burasındadır ki, təbliğat Whatsapp üzərindən şəxsi bir nömrədən göndərilib və daxili işlər nazirliyin adından həmin şəxsi məlum tarixdə ali məhkəməyə dəvət edir.İşi açdığı iddia edilən xarici dizaynerin adını isə nə qədər araşdırsaqda internetdə tapa bilmədik. Normalda prosedur bu cürmü işləməlidi yoxsa kiminsə dolandırıcılığ həmləsidi bu?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-05-17 11:01:14)
Yəqin ki fırıldaqdır. Məhkəmə barədə bildiriş behance profili ilə gəlmir, Azərbaycanın öz daxilində, Azərbaycan dilində, möhürlə, imza ilə gəlir evə poçt məktubu şəklində. Onunla da alınmasa polisə deyilir, polis bir yolla tapır və verir.