Payoneer kartın istifadə qaydaları

Salam. Payoneer kartla istifadə edilməsi qaydalarını, ümumiyyətlə xaricdən hesaba pul yüklənməsi və o pulun sonra çıxardılması üçün Payoneer olmalıdır, yoxsa bundan daha sərfəli üsul var? Əgər bununla bağlı blog yazısı və ya məlumatlana biləcəyim hər hansı mənbə varsa qeyd etsəniz sevinərəm. Sualım isə bunlardır, 1) Payoneer kartı sifariş verərkən istifadə edəcəyim sistemə edilən sifarişlər yalnız USD valyutasında olmalıdır? Yəni insanlar EUR və ya başqa valyuta ilə ödəniş edə bilərlər? 2) Əgər 1-ci variantda dediyim mümkün deyilsə bunu necə mümkün edə bilərəm? 3) Deyək ki, Payoneer hesabımda 200$ var. Mən bu məbləği hər hansı ATM-ə gedib kartı daxil edib çıxara bilərəmmi? Birbaşa Peyoneer kartı ilə. Yoxsa Payoneer-dən hər hansı başqa bank hesabına pulu köçürüb sonra çıxarmalıyam? 4) Payoneer kartı sifariş etdikdən sonra ondan istifadə edərkən(pul çıxarılarkən) nə qədər faiz tutulur? Suallar biraz çox oldusa üzrlü sayın) Bu haqda çox az məlumatım var və internetdən mənə lazım olan məlumatı tapa bilmədim. Əvvəlcədən cavablara görə təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Kenan Besirov (2018-06-03 20:06:13)
Mən bir sualda vermək istəyirdim. Payoneer dən qeydiyyatdan keçmək istədim ama bank məlumatları istəyir. Mən ora hazırki maaş kartımın məlumatlarını daxil edim yoxsa gedib hansısa bankdan kart açdırım? Hansını etməliyəm.

Kenan Besirov (2018-05-29 01:09:02)
Başa düşdüm. Çox saəolun. təşəkkür edirəm

E. Hacı (2018-05-28 16:22:47)
İstəsəniz sifariş edə bilərsiniz. Kartsız həll də mümkündür, Payoneer-də istənilən digər valyutada(məsələn euro-da) hesab yaradırsınız(kart yox, sadəcə hesab), sonra da o hesaba real bank hesabı birləşdirirsiniz (məs. Azərbaycan bankında açılan euro hesab). Bu halda euro ilə ödəniş qəbul edə bilərsiniz və o ödəniş gələcək Azərbaycandakı bank hesabınıza. Yox əgər real bank hesabı istəmirsinizsə, o halda hər hesaba uyğun bir kart əldə edə bilərsiniz payoneerdən

Kenan Besirov (2018-05-28 14:41:52)
Yəni hər valyuta üçün ayrıca kart sifariş etməliyəm? Kart hresabı ayrı olur yazmısız.

E. Hacı (2018-05-28 10:36:46)
1. Payoneer hesabı daxilində çoxlu valyutalı hesablar yaratmaq olur. Kart hesabı ayrı olur , hansı valyutadadırsa ona uyğun. 3. Bəli. Payoneer kartı bütün bankomatlarda işləyir. Əgər işləməsəydi day nəyə lazım idi kart verməkləri. Adi master kartdır verirlər, işləyir. 4. 1.8%+3.5$. Məsələn 400$ çıxarırsınızsa 10.7$ komissiya tutulur hamısı bir yerdə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebayda adresi düz qeyd etmişəm ?

Ebay pul nece qaytarilir?

Bir aydan coxdur Rusiyadan göndərilən pasılka gəlməyib

Duration of Ebay Refund

Sumqayit elektrik qatarı intervalı

AZBAKB . import gomruyunden qaytarilib.