Radar xəbərdarlığı

Salam. Sualim antiradarla elaqedardi. Mən tez tez rayonlara gedib gelirem. Duzdu qaydalara riayet edirəm. Amma herden ya fikirli olursan suret limitini unudursan, yada ki gece vaxti uzaqdan polisi və radari görə bilmirsen deye radarlara dusursen. Buna gorede istiyirem telefonuma antiradar yukleyim. Sizlerin məsləhət bildiyi bir antiradar proqrami varmı. Amma yaxşı islesin, duzgun gostersin. Esasda yol polisi avtomobilini. Bir coxunu yuklemisem duzgun islemir. Yol polisinin yanindan kecirem radari gostermir. Ya da ki radara kecirem gostermir radari. Cox xais edirəm yaxşı isleyen proqram olsun.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Emil- (2018-06-04 21:13:27)
https://play.google.com/store/apps/details?id=com.navigation.offlinemaps.gps Bu proqrami telefona yukle. Sonra Azerbaycanin xeritesini yukle. Onan sonra program internetsiz GPS naviqator kimi isleyecek. Yollarda radarlar olanda sesli bildiris verir, lazimi suret barede xeberdarliq edir.

asssa1 (2018-06-03 18:19:44)
Coox sagolun. Tesekkur edirem.

E. Hacı (2018-06-02 13:22:48)
1. Antiradar başqa şeydir - radarın işləməsinə mane olan siqnallar buraxan cihaz filan - onun istifadəsi qəti qadağandır və ağır cəriməsi var, böyük başağrı ola bilər sonra. 2. Radar detektoru isə radara mane olmur, sadəcə xəbərdar edir. Yol polisinin maşınında olan radarı heç bir proqram göstərmir, elə bir data təqdim edilmir çünki. Cihazlar ola bilər ayrıca, tap.az-da filan olur, ki istifadəsi qadağan deyil və güclü siqnal tutma qabiliyyəti ilə öncədən siqnalı alır və xəbərdar edir sizi. Stasionar radarları isə Caspian Navtel (Cityguide, ödənişlidir) 100% dəqiqliklə deyir öncədən, çünki proqramın bazası vaxtı vaxtında yenilənir. Ən düzgünü isə qaydalara riayət etməkdir. a) Sürət həddi limiti göstərilən nişan b) Radar nişanı bu iki nişan zatən irəlidə radar olduğu(ola biləcəyi) deməkdir, ona görə də əslində proqrama gərək yoxdur. Görürsünüz ki, bu iki nişandan biri var, deməli bir neçə yüz metr iləliyədək ehtiyatlı sürməlisiniz. Bu qədər sadə. DYP maşının içində olan radarın isə tək çarəsi sürət həddini aşmamaqdır.