Malta paypal hesabı haqqında.

Salam dostlar, Bir neçə keçmiş suallarda xaricdə paypal hesabı açmaq üçün Malta paypalı məsləhət görüldüyünü gördüm. Mənə maraqlıdır ki, malta paypalının üstünlükləri nələrdir? Məsələn, Rusiyada hesab açdırmaq dahamı rahatdır? Qısacası, niyə məhz Malta? Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2018-06-14 12:08:01)
Buraya qədər izah etdikləriniz hamısı tam yerinə oturur. Cəmi bir sual qalır. Dövriyyə bəlli həcmi keçəndən sonra sənəd scanı və ya kommunal çek scan-ı istəyə bilirlər. O hissəyə çatmısınızmı? Hə isə o baryeri necə aşdınız? (Yəni Maltada fiziki ünvanınız olmasını isbat etmə mərhələsi)

CiscOrkhan (2018-06-14 04:33:08)
Təşəkkür edirəm qardaş, dəyərli məlumatlar üçün. Anladığım qədərilə, bank məsələsini leupay ilə həll etmisiniz. Bəs paypal hesabını necə açmısız? Ünvan, nömrə və s. məsələsini necə həll etmisiz? Sizin Maltada tanışınız var? Digər ölkələrdə də hesablarınız olduğuna görə tanışla yox, başqa bir yolla açdığınızı ehtimal verirəm :) 3-cü sualım isə: kənardan qoşulmanı vpn-lə həll edirsiz?

neo13 (2018-06-13 15:44:32)
Salam tam təstiqli malta hesabı olub xaricdən paypaldan ödəniş alanlardan biridə mənəm. Mənim həm türk həm rus həm malta həm gürcustan, Cəbəli-Tariq, kipr və s. və başqa birneçə ada dövlətlərində ölkələrdə paypal hesabım olub. hal hazırda deyə bilərəmki aralarında ən yaxşı seçim malta paypalı açmaqdı. çünki: 1)Malta avropa birliyinə və SEPA ya daxil olduğu üçün malta paypalına payoneer.com dakı almaniya euro bank hesabı məlumatlarını əlavə edib təstiqləyib paypaldakı pulu payoneerə euro olaraq pulsuz göndərmək olur. 2) https://www.leupay.eu/ adlı sayt varki sizə pulsuz malta mastercard və maltada yerləşən bank hesabı verir. bu plastik kart və və malta bank hesabiyla paypal business hesabınızı tam təsiqləyə bilərsiz. burada hesabınızı təstiqləyəndən sonra pulunuzu həm də paypaldan bura göndərib çıxarda bilərsiz. Əlavə olaraq onu deyimki malta paypalında personel hesabı açmaq biraz problemlidi həmdə ip adresiniz tutuşmadığına görə limit yemə riskiniz var və pulu payoneerlə çıxartmaq olmur. business hesabda isə bu risk daha aşağıdı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypal hesabıma pul göndərmək olmur

Paypal-da pul qəbulu

Paypal pul çəkib

Paypal account

Almaniya bank kartı üzərindən qazandığım pula görə vergi ödəmə

Türkiyə paypalı bağlanır.