Kompüterin orginal İP-sini necə geri qaytarım ?

Salam. Kompüterin İP-sini dəyişdirmişəm və istəyirəm ki, yenidən əvvəlki yəni orginal ip-yə qayıdım. Bunu necə edə bilərəm ? İnternetdə zəyifləyib,, speedtest-dən yoxlayıram başqa ölkənin adı çıxır başqa İP-nən. Xahiş edirəm kömək edin.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

camo052 (2018-06-22 21:05:43)
Xeyr Qardaş yadımda deyil

E. Hacı (2018-06-21 16:18:09)
bir qədər qarışıq sualdır. İnternet İP deyirsizsə, bunu siz dəyişdirə bilməzsiniz, onu provider verir, və 99% hallarda statik olmur, dinamik olur, yəni hər reconnect zamanı dəyişir. Kompüterin daxili-local şəbəkə İP-sini deyirsizsə, bu sürətə təsir etmir. başqa ölkənin adı çıxır başqa İP-nən - hə bu artıq başqa məsələdir. Yəqin ki VPN qurmusunuz ona görədir. Necə qurmusunuzsa elə də ləğv edin də, çətinlik nədir ki? Yadınızda deyil hansı proqram və ya configuration ilə qurmuşdunuz?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ümumiyyətlə İP dəyişmək yaxud gizlətmək mümkündür?

Necə şəbəkə qurum?

Saytın ip ilə yönləndirilməsi problemi

Serverdəki bəzi saytlarda problem

hetzerdәn server almaq istәyirem.

Domainin serverə yönlənməmə səbəbi