Ubuntuda görüntüləmə(display) yaxşı işləmir.

Salam! Ümid edirəm ki, başlıqda problemi düzgün açıqlaya bilmişəm. Ubuntu 18.04(LTS) versiyasına təzəlikcə keçmişəm. Əvvələr isə Windows 7 işlədirdim. Hər şey yolunda gedirdi, amma son vaxtlar görürəm ki, saytlardaki hərəkətli reklamlar(daha çox oyun, məs:tank, və s) qarışıq görünür, nə olduğunu anlamaq olmur. Daha yaxşı izah etmək üçün, televizorları misal göstərmək olar. Televizorlarda problem olarkən kanalların xışıltılı görüntüsü kimi görsənir. Sonralar, Ubuntunun öz marketindən bəzi proqramları yüklədikdə, yenə eyni nəticə ilə qarşılaşdım. Nəzərinizə çatdırım ki, bütün proqramlarda bu belə olmadı, PyCharmı rahat işlətmək olur. Oxuduğunuza görə təşəkkür edirəm! Ümid edirəm ki, cavab tapacaqsınız.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2018-06-29 12:04:20)
Komputerinizin modeli + Ubuntu yazib Google-da axtarın - ubuntu rəsmi səhifəsində təlimat çıxacaq, xorg ilə və ya display ayarlarla bağlı bir neçə command ilə düzələcək. Microsoft şirkəti laptop istehsalçılarını məcbur edir deyə onlar Linux compatibility etmirlər, yalnız Windows dəstəkli buraxırlar. Linux distrolar da çalışır ki, buna rəğmən universal həllər yaratsınlar. Və 99% yarayır bu işə. Bəzi modellərdə kiçik problemlər çıxa bilir ki, onu da dediyim kimi, rəsmi saytdakı təlimat ilə həll etmək olur.

MuradAgayev1903 (2018-06-27 19:46:04)
Nəzərinizə çatdırım ki, ekran qarışır deyəndə, ekranın parazitlənməsini nəzərdə tuturdum.

MuradAgayev1903 (2018-06-27 14:38:06)
E. Hacı, diqqətinizə görə təşəkkürlər, Firefox istifadə edirəm, deyəsən yuxarıda dəqiq izah edə bilməmişəm, yalnız brauzerdə baş vermir bu hal. Həm də kompüterə yüklədiyim proqramlarda baş verir.

E. Hacı (2018-06-27 14:22:36)
Hansı brauzer? Chrome ilə olursa, o zaman Firefox ilə də sınayın. Çox güman ki görəcəksiz ki, orada işləyir. Deməli Chrome-da GPU, render ilə bağlı hansısa ayarı dəyişmək lazımdır, əzbər yadımda deyil, amma google etsəniz rahat taparsınız.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ekranın parlaklığı

Linux distributivləri haqqında.

.c faylını compile etmək

Fujitsu ah532 bios zədələnib

Ubuntuda dil dəyişdirmək.

Xubuntu haqqında