Aliexpress telefon

Salam.Sizə 2 sualım olacaq. 1.Aliexpressdən telefon sifariş vermək istəyirəm bu yaxınlarda.Amma son vaxtlar telefonların gətirilməsində problem yaranıb deyirlər.Guya telefonları gömrükdən telefonları buraxmırlar.Bu nə dərəcədə doğrudur? 2.Bu yaxinlarda şəxsi istehlak üçün gətirilən mobil cihazlara dövlət rüsumu tətbiq olunub.Bu nə deməkdi?Bunu gömrükdə ödəyirik yoxsa hara köçürürük?Məbləği nə qədərdi? P.S:Alcağım məhsul 600$ dəyərindədir.Xahiş edirem ətraflı cavab verin.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Maqa (2018-07-04 19:48:45)
Son 2 gündə bu sual 10 dəfə verilib zəhmət olmasa saytı araşdırın. Təkrar sualları yazmayın nə qaranlıq qalırsa onu yazın. İyul ayından artıq icra edilən qərar çıxıb şəxsi istifadə üçün yəni 1 ədəd də olsa rüsum ödəniləcək Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Qanuna əsas dəyişiklik fiziki şəxslərin ölkəyə gətirdiyi mobil telefonların qeydiyyatı və avtomobillərin satışı-bağışlanması zamanı müqavilələrini qeydiyyatı üçün rüsumlara aiddir. Prezidentin bununla bağlı fərmanında deyilir: Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 2.0.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.22-ci maddə əlavə edilsin: “2.0.22. satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması.”; 1.2. 18.65.3.1-ci maddədə “avtonəqliyyat” sözündən əvvəl “bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla,” sözləri əlavə edilsin; 1.3. aşağıdakı məzmunda 18.65.3-1-ci maddə əlavə edilsin: “18.65.3-1. Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”; 1.4. aşağıdakı məzmunda 33-5-ci maddə əlavə edilsin: “Maddə 33-5. Mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun tutulmasının xüsusiyyətləri Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”. Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebayda mal aldım hələ də gözlüyür

ebaydan sifarişim gəlmiyib

Aliexpress ödemenin redd edilməsi

Malı aldığdan sonra shipping işarəsi aktiv edilməyib

TikTok Azərbaycan

Yastıpəncəlik / Əsgərlik