Mail açmaq və bulud xidmətləri

Mail.com-da mail açmaq istəyirəm ancaq aça bilmirəm.
Mail.com-da necə qeydiyyatdan keçə bilərəm?
Və birdə rusların mail servisləri (Yandex,mail.ru) pulsuz 25,50 gb bulud təklif edirlər.
Google-a güvənmirəm şəxsi məlumatların etibar edilməsi tərəfdən,sizcə ruslara güvənmək olarmı?
mail.com-dada mail aça bilmirəmki digər bulud servislərində qeydiyyatdan keçim.
Məsləhətləriniz


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(14:20, 07/07/2018 ) #72119

mail.com deyə bir public xidmət yoxdur, çox güman nə iləsə səhv salırsınız. mailcom saytı var, amma kütləyə açıq sayt deyil və qeydiyyat ilə email vermir.

Güvənməmək nəyə deyirsiniz? Siz doğurdanmı düşünürsünüz ki, Google sizin email və fotolarda maraqlı ola bilər və ya kiməsə verə bilər? Elə düşünmürsüzsə, heç, düşünürsüzsə, bu yanlışdır. Google təhlükəsizlik baxımdan ən üst səviyyədədir. Sizin məlumatlardan da istifadə edir, süni intellekt üçün. Yəni sizə aid hər şeydən istifadə edir öz daxilində, amma insan amili olmadan, tamamilə kodlar tərəfindən olan şeydir. Yəni güvənməməli şey deyil.

Eynisini digərləri də edir. Yəni, sizə əgər pulsuz email verilirsə, özünüz düşünməlisiniz ki, xeyir ola camaat oturub o boyda şirkət açıb və bu cür xidməti mənə pulsuz verir? – cavabı sadədir. Sizə pulsuz verdiyi xidmətin əvəzində sizin məlumatlardan istifadə edərək reklam sistemini effektivləşdirir, target reklam qurur, süni intellekti inkişaf elətdirir və.s. və ilaxır. Bir sözlə pulsuz heç nə olmur.

Mail.ru və ya Yandex Disk cloud istifadə edə bilərsiniz, tam güvənli sistemləri var. Xüsusən yandex. Yandex telefondan olan şəkil və videolara limitsiz yaddaş verir. Yəni 10-15GB ancaq kompüterdən atacağınız fayllara aiddir. Telefonunuzdan yüklənəcək bütün şəkil və videolar üçün sonsuz yaddaş verir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:13, 07/07/2018 ) #72124

    Deyirsinizki şəxsi məlumatları hamısına etibar edə bilərəm rahatlıqla?
    Yahoo mail istifadəçilərinin başına nə gəldiyini yəqinki bilirsiniz eləcədə facebook və digərləri.
    Mən güvənilir xidmət axtarıram hansıki keçmişində belə problemləri olmasın.
    Lap pullu olsun!
    Yoxsaki pulsuz 50,100 gb verir deyə etibar edəsi deyiləmki

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:51, 07/07/2018 ) #72127

      Nə gəldi ki başlarına yahoo və facebook-un? Yanlış məlumat var sizdə.

      Güvənilir xidmət istəyirsinizsə Google və Yandex, buyurun istifadə edin. Heç kimin də başına heç bir iş gəlməyib onlardan istifadə edərkən.

      Məsələn Google ilə sizin aranızda başqa vasitəçi ola bilməz. Hər şey SSL şifrələmə ilə olur. Google-a sizin məlumatlar maraqlı deyil ki, kimsə girə nəyisə götürə. Deməli hər şey əladır. 3-cü bir şəxsin araya girməsi üçün vasitə qalmır. Dolayı vasitələr isə artıq sizin özünüzdən törəyə bilər (kimsə fishing ilə sizdən parolu istəyə bilər, çox zəif şifrə qoyarsız deyə rahatca girərlər, kompüterinizə troyan sala bilərlər və.s. – bunlar olmadıqda isə qorxulu heç nə olası deyil)

      Anladığım qədərilə sizdə lazım olduğundan çox-çox artıq güvənsizlik var bu məsələlərdə.

      Əgər heç kimə güvənmirsinizsə, bu sizin haqqınızdır. Amma bu halda istifadə etməməlisiniz heç bir xidməti. Öz kompüterinizdə yaradıb orada da saxlamalısınız. Email göndərəndə isə şifrələyirsiz öz telefonunuzda, kompüterinizdə, göndərdiyiniz adama da açar sözü SMS ilə və ya başqa vasitə ilə göndərirsiniz ki o şifrəni yazıb göndərdiyiniz şifrəli faylı açsın.

      Dediyim kimi, bütün bunlar gərəksiz paranoyaya daha çox bənzəyir. Şəxsi olaraq sizin məlumatlarınız Google-a lazım deyil.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:52, 07/07/2018 ) #72123

Paranoya probleminiz varsa, internetdən uzaq durun. Ən yaxşı email xidmətlərinə qalanda isə tutanota.com və protonmail.com servislərindən istifadə edə bilərsiniz. Cloud xidməti isə, hal-hazırda istifadə etdiyim xidmət OneDrive-dır. Çünki Samsunqda istifadə etdiyim üçün 2 illik 100 gb ödənişsiz paket hədiyyə veriblər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:24, 07/07/2018 ) #72125

Yandex in hava məlumatı proqramı belə media fayllara,zəng tarixçəsinə,kontaktlara giriş istəyir.
Maraqlıdır nə üçün?
Başqa proqramda görmədim bunu!
5 ulduzu 3 edən kimi yazdılarki nə üçün qiyməti aşağı saldız bizə bildirin bildirdim səs səmir çıxmadı.
Sonradan play marketə yazdılarki biz sizin zəng tarixçənizi izləmirik bu bizə xidməti daha yaxşı təqdim etmək üçün lazımdı və boş boş sözlər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:53, 07/07/2018 ) #72128

    Permissionun öz təyinatı olur. Normal şəkildə soruşsanız, cavab verərlər ki nə üçün istəyiblər. Androidin son versiyalarında (2 ildən çoxdur) bir-bir permission vermək-almaq mümkündür. Lazım bilmədiyiniz permissionu vermirsiniz, olur, bitir məsələ.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:31, 07/07/2018 ) #72132

      Buyurun:
      Sizin bu onlardan xəbəriniz həqiqətən yoxdu?
      https://mobile.reuters.com/article/amp/idUSKCN1C82O1

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:35, 07/07/2018 ) #72133

      Məndə normal şəkildə soruşmuşam atalarını söyməmişəmki )
      Həm bəlkə Andtoid 6.0 dan aşağı istifadə edirəm?)
      Commentlərə baxdım (Yandex Disc) pis demək olmaz

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:16, 07/07/2018 ) #72137

    Təbii ki, xəbərim vardı baş verən günlərdə. Sadəcə diqqətli oxumaq lazımdır bu tip xəbərləri oxuyanda. HASHED password tamamilə başqa şeydir. Maillər hack edilməyib, user database hack edilib. Bu tamamilə başqa şeylərdir. Əlbəttə ciddi bir problemdir, amma sizin qorxduğunuz heç bir şey orada baş verməyib.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:57, 07/07/2018 ) #72138

      Deyirsiniz paranoya var məndə.)
      Güvənsizlik əlbəttə olar indiki zamanda facebook kimi böyük şirkət istifadəçilərin məlumatlarını yayanda,hansısa hacker camaatın şəxsi məlumatlarını oğurlayıb ucuz məbləğə satanda güvənsizlik olması normal haldır ).
      Bizdə kimsə belə şeylərə önəm vermir, önəm verənlərədə qəribə baxılır.
      Ə avara qalmısane vallah tərzində ).
      Elvin müəllim görürəm savadlı adamsınız saytınızada keçdim layihələriniz gözəl.
      Son olaraq mənim bütün yazdığlarımı nəzərə alaraq mənə bir mütəxəssis kimi hansı servisi məsləhət görərdiniz?
      Yəni tam güvənilir və sadə.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:25, 09/07/2018 ) #72152

      “Facebook kimi böyük şirkət istifadəçilərin məlumatlarını yayanda” – belə bir şey olmayıb. Xəbərləri şok xəbər saytlarından yox, ilk mənbələrdən oxuyun və işin əsli-astarı nədir bilmədən əsla qərar verməyin. Cambridge Analytics qalmaqalı tamamilə başqa bir şey idi, heç bir ələ keçirmə, sızma, hack yox idi. Sadəcə permission məsələsində verilən lazımsız yetki idi, heç bir şəxsi mesaj, fayl, paylaşım filandan getmir söhbət. Bir şəxsin bir app-a permission verərkən bütün dostlarının da siyahısını və public datasını verməkdən gedirdi söhbət. Ki əlbəttə yanlış idi belə access vermək, amma bu ayrı mövzudur.

      Sizdə olan bu yanlış qərar vermə mexanzimi “confirmation bias” adlanır. Yəni baş verənləri öncədən formalaşmış yanlış inanc/qorxu/paranoyaya uyğun şəkildə yozmaq, saxta/doğru olduğunu yoxlamdan əgər bu bias-a uyğun gəlirsə, inanmaq, gəlmirsə inanmamaq.

      Bu problemi həll etdikdə informasiya qəbul etmə keyfiyyətini xeyli artırmış olarsınız.

      Cloud servis – yandex disk məsləhət görürəm.
      Email olaraq isə – Gmail və ya Yandex.

      Şəxsən özüm hansını istifadə edirəm, deyim.
      Backup-lar üçün Yandex Disk.
      Şəxsi işlərə aid fayllar üçün – Dropbox Pro (pulludur)
      Şəxsi foto-video və.s. – Google Photos və Dropbox Pro ikisi bir arada.
      Email olaraq – Əsas email – Gmail, iş emailləri isə hamısı Yandex.(10-a yaxın email)

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (11 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (13 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (18 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (20 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (20 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (20 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (22 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (23 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024