Ebaydan Mal Almaq Olar yoxsa Yox

Salam Ebaydan telefon almaq istəyirəm.Aliexpressdə tapa bilmədim.Ancaq ebayda var.Mənim dostum var deyir bir 5 il əvvəl klaviatura alıb ebaydan həm brack mal qoyublar brack yəni işləməyən,həmdə klavişlərinin düymələrinin çoxu qırıq gəlmişdi.Mən alsam belə bir hal yaşana bilər?Biraz qorxuram ki,brack mal gələr.Xahiş edirəm cavab yazın.Bəs bakıya gəlməsi təxminən nə qədər çəkir?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Maqa (2018-07-07 23:01:43)
Salam birincisi xarab məhsul gəlibsə bu normal haldır. Hər kəsdə ola bilər, satıcıya bildirirsiniz vəssalam pulunuzu geri qaytarır və yaxud yenisini göndərir. İkinci məsələ etibarlı satıcıdan məhsul alın, araşdırın satıcını girib profilinə baxın, satdığı malların qiymətinə baxın, feedbacklərə baxın. Nəsə şübhəlli gəlirsə sizə almayın. Nə bilim çalışın top seller satıcıdan məhsul alın əgər ilk dəfə sifariş verirsinizsə bunlara diqqət edin. Sonda isə 1 həftəyə də gələ bilər 1 aya da. Adətən telefonlar ebaydə ölkəmizə bahalı karqolarla göndərilir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azər poçt

ebayda satıcıya müsbət xal

Aliexpressdeki bu Xıaomı 5plus-ların nə fərqi var?

Telefon gelib catmayib

Aliexpress – Kargo

Ebaydan yeni adla qeydiyyatdan keçmək