Milleti proqramlasdirma barede maariflendirmek

Salam. BIr cox olkelerde qeyd edilen sahe uzre boyuk neticeler elde edilib. gunbegun innovasiyalar teze texnologiyalar yaradilir teze infrastruktrlar yaradilir.Bir sozle inkisaf etmis olkelerde bu sahe uzre "hereket: var. Amma teessuf ki, bu hereketlenme olkemize tesir etmir. Maraq azdi,Mesgul olanlarin sayi azi ve bu sahede o qeder de boyuk neticelerimiz yoxdur. dusunurem ki yaxsi maariflenme ve yardim ile nese elde etmek olar. Belke de icinizde "Biz hara texnologiya hara" deyenler olacaq amma onlar da bilir ki kifayet qeder intellektli insanlarimiz var amma vaxtlarini bos bosuna serf edirler. Sadece onlari yoneltmek ve dogru yolu gostermek lazimdir. Zennimce boyuk kutle olsa neticeler de bir o qeder cox olar. Bizim olkede sual-cavab platformalari acmaq olardi amma kifayet qeder maraqli insan ve yeteri qeder pesekar muhendisler,proqramcilar yoxdur. Bu barede ne etmek olar sizin fikirleriniz nedir ? ne ede bilerik ki insanlar arasinda bunu yayaq ? Belke de xeyal kimi gorunur amma belke bir cehd edek en azindan cehd etmis olariq.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Ramazan (2018-07-18 00:12:21)
Hə qaqaş Həddinən Artıq Maraq azdı,üzr istəyrəm ancaq Serial Kafe ,Oyun,tesbeh meyxana ,belə şeylərə maraq çoxdu ,maraq eləmək olar öz yerində yoxsa bulnarnan vaxt keçirmək gələcəyimizə maksimum problemdi-Meslehet görürsen deyirlər Boş şeydi,Gülürlər ged bərbər öyrən ne blim ailə baxa bilməyəcək şeylər öyrən deyirlər elə olsa hamı pul qazanar deyib vəsvəsəynən gəzirlər sorada Qədərin üstünə atırlar,Allah Sənə ağıl iradə verib istifadə eləməlisən, Məsəlçün Mən Mantaj öyrənirəm Elə belə yox Hollyvod effektinə kimi youtubda hələ şıxmanışam videoya baxan kimi bilesiz mənəm ramazan balayev ne isə.Mən Youtubda profiyanal admnan montaj öyrənəndə yanımdakı 3 4 nəfər kirayədə qalırıq, seriala baxır Deyillər boş şeydi .deyirəm kodlama öyrənin onada deyir boş şeydi ,play storede göörsedirəm deyirem bax ne qeder yüklənib reklam qoy özün üçün yaşa yada praqramı pullu qoy çox ucuz.indiki dövrde sayt çoxdu Düzəltdiyin şeyləri satmağa.ümimiyətlə gəncləri 700 Ballarnan qorxuzurlar .ağızdan ağıza gəzən sözlər insanları mehv edir başsız hərəkət edirlər ,Allah köməy Olsun bizə deyib Serial kafe oyunan vaxt keçirirlər, Hərəkət sənən Bərəkət Allahdan

ahmed (2018-07-10 16:40:45)
Əgər kömək lazım olsa sizinlə necə əlaqə saxlamaq olar? İstəsəniz aşağıdakı ünvandan əlaqə saxlaya bilərsiniz heliks85@gmail.com

newprogrammer (2018-07-09 18:11:18)
Cavabiniz ucun tesekkurler. Beli dogru qeyd edirsiniz. Gerek netice elde etdikden sonra digerlerine neyise izah etmeye baslayim. Xaricde proqramlasdirma ile bagli konfranslar olur (jsconf,defcon kimi) bu tipli konfranslar bizde de olarsa mene ele gelir ki inkisafa dogru 1 addim daha atmis olariq. Tutarli konfranslardan sadece TedxBaku var onun bir necesin izledim o qeder maraqsiz edibler ki hec elebil tedtalks deyil.

E. Hacı (2018-07-09 12:03:33)
Yol budur, özünüzdən başlamalısınız və başqalarına örnək olmalısınız. Ondan sonra görəcəksiniz nə qədər adam sizə baxaraq bu yolla gəlməyə başladı. Kitab, material məsələsi daha ağır məsələdir - ona görə də dil bilikləri mütləqdir. Ümumiyyətlə 21-ci əsrdə öz dilindən başqa digər bir dil bilməyən bir insan zehin əməyi tələb edən işlərdə çox inkişafa nail ola bilməz. Təhsil səviyyəmizdən doğan məsələlər də ağır məsələlərdir, onu da tək bir insan və qrup həll edə bilməz. Kitab yazmaq, təlimlər, tədbirlər keçirmək - inanın ki, bunlar nə qədər yaxşı olsa da, özünüzü inkişaf etdirməkdən daha az faydalıdır - tək sizə yox ha, məhz cəmiyyətə. Siz özünüzü tam professional səviyyəyə çatdırarkən həm öz mənafeyinizi düşünün, həm də toplumun mənafeyini. Siz yaxşıca qalxsanız, minlərlə gənc sizə baxıb qalxacaq. Yoxsa siz qalxmadan nəsə təbliğat aparsanız, bunun ciddi effekti olmayacaq. Ona görə də çox da dərd etməyin bu məsələni hələ ki, və özünüzü inkişaf etdirin. Bir neçə il sonra təkrar bu mövzuya qayıbıb düşünsəniz, tamamilə yeni baxış bucaqları kəşf edəcəksiniz özünüzdə. Sonra bir əlavə də edim ki, vəziyyət elə də ümidsiz deyil son illərdə. Məsələn Code Academy adlı yer var yəqin eşitmisiniz, hər 6 aydan bir 20-25 məzun buraxır, hamısı da iş tapır özünə bu sektorda (bu da o deməkdir ki, normal səviyyədə yetişirlər). Bu da ilə 50-60 yeni mütəxəssis qazandırılması deməkdir ölkəyə. Kiçik ölkə olduğumuzdan heç də pis nəticə deyil. Universitetlərdə bu rəqəm daha aşağıdır. Hər il proqramlaşdırma ilə əlaqəli fakültələri təxminən 1000-ə yaxın tələbə bitirir. Yəni ki, maraq deyil, maraq yetərincədir. Amma bunların içindən ən yaxşı halda 50-60ı mütəxəssis olur. Qalanlar ya pedaqoji fəaliyyət üçün gedir, ya da başqa işlə məşğul olur. Ona görə də yuxarıda təhsil probleminin ağır olmasını qeyd elədim. Əgər universitetlərdə yüksək səviyyədə təhsil olsaydı, o 1000 tələbənin uzağı 400-500 bitirə bilərdi, qalanı qovulardı yarıda. 400-500-dən də 200-300ü proqramlaşdırma ilə məşğul olardı ki bu da 10 ilə ölkədə yetərincə böyük bir İT cəmiyyət formalaşdırardı.

newprogrammer (2018-07-08 19:53:00)
Salam. cavablariniz ucun tesekkurler. Men Proqramlasdirma ucun tam pulsuz sayt yaradilmasini ve ya proqramcilarin qrup qurub hisse hisse kitab yazmasini isteyerdim. Men ozum de bu isle mesgulam o qeder cox tecrubem olmasa da orta seviyyede bilirem. bilmediyim birseyi arasdirib rahatliqla oyrene bilirem. web development uzre kitab bizim dilde kitab yazib pulsuz yayimlayan sayt varsa men de istirak etmek isterdim. Qeyd: bele bir meseleye bu sadece 1 cavabin gelmesi teessuflendirici haldir

ahmed (2018-07-08 16:33:13)
Bunu eləmək istəyən hər-bir adam ilk olaraq əlbəttə ki özündən başlamalıdır. Özü proqramlaşdırmanı örgənməli və daha sonra digərlərinə kömək eləmək istəsə görülməli işlər nə qədər desən var. Əsas istiqamət yaxşı kitabların tərcüməsi, onlayn proqramlaşdırma platformalarının təşkili, müxtəlif seminarlar v.s. təşkil eləməklə maraq yaratmaq v.s. Mənə elə gəlir ki bu məsələdə fikirləri üst-üstə düşənlər və imknaı olanlar balaca bir qrup yaratsalar daha məhsuldar olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Proqramlaşdırma dili yaratmaq

proqramlaşdırmanı öyrənmək isdəyirəm

Universitetlərdə proqramlaşdırma

C# qisa anlatim

Pascal’da Şərti qurarkən iki-üç hal eyni anda icra olunur

Step IT yoxsa CodeAcademy ?