Təhlükəsiz hosting. Vordpress Təhlükəsizlik

Hərkəsə salam İşlərinizdə uğurlar Mənim vordpress sayt təhlükəsizliyi ilə bağlı problemlərim oldu. Yeni öyrənmişəm vordpress sistemi ancaq təhlükəsizlik bağlı plugin istifadə edirəm plugin cəhətdən mümkün olan bütün təhlükəsizlik etmişdim Ancaq sayt cpaneldə hər gün bir neçə php fayl olurdu hər gün silsəm belə əlavə viruslu php fayllar olurdu Burda olan cavabları oxudum indi hosting dəyişmək lazımdır Bildiyiniz özünüz istifadə edən hosting təhlükəsizliyi olan varmı ? Hosting hansına keçməliyəm onu məsləhət verə bilərsinizmi ? Hər kəsə təşəkkür edirəm

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

murad hamid (2018-07-26 02:41:05)
Minnetdaram Cox sag olun

E. Hacı (2018-07-18 10:49:46)
Godaddy, Hostgator və.s. tanınmış hostinqlərin heç birində belə bir şeyin hostinq günahı üzündən olması mümkün deyil. WordPress tərəfə gəldikdə isə - heç bir plugin istifadə etmədikdə belə saytın hack olunması WP-də mümkün deyil. Təhlükəsizlik pluginləri əlavə tədbirlər üçündür. Əsas hack filan işlərini WP özü edir. Sizin problemə gəldikdə isə - tək günahkar pluginlər və ya theme görünür. Və yaxud da nə vaxtsa saytın daxilinə düşmüş bir script var, onu silməyi unutmusunuz deyə daim o yenisini generate edir. Məsləhətdir ki, - wp-includes və wp-admin-i tam silib yenisini rəsmi saytdan yükləmək. - security scanner pluginlərindən biri ilə saytı daramaq. Bəlkə nəsə tapıldı wp-content-də. Başqa individual tədbirlər də çoxdur, sadəcə çoxu unikal olur, belə ümuləşdirib yazmaq uzun çəkirş