gündəlik girişi 5-6 min olan İNGİLİS DİLLİ saytdan pul qazanmaq

Salam. ingilis dilində olan sayta google adsense qoşsam və gündəlik giriş 5-6 mindirsə nə qədər qazanmaq olar? və ya aya 600usd qazanamq üçün ingilis dilndə olan sayta gündəlik giriş nə qədər olmalıdır? kimin məlumatı varsa (özü qazanan olsun) bölüşsün zəhmət olmasa

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

webman (2018-07-16 09:37:09)
Elvin bəy, ətraflı cavab yazdığınız üçün çox sağ olun.

E. Hacı (2018-07-14 12:29:43)
Qaba hesabla götürək. Günə 5-6 min giriş. Hər istifadəçi tutaq ki ortalama 3 səhifə açır. Bu elədi 15 min pageview minimum. Normal yerlərdə reklam yerləşdirilibsə bu elədi 15 min dəfə görüntüləmə. Klik sayını ən aşağıdan götürək (adətən 1% civarı ola bilir), 0.5% (200 nəfərdən biri). Elədi günə 75 klik. İngilisdilli saytlarda ortalama bir klik ən pis halda 15-20 cent gətirir. Bu da elədi 15$. Bir aya da vuranda elədi 450$. Deməli aşağısı bu qədər gətirməlidir. Yuxarısı isə dediyim kimi 3-4 minə qədər dırmaşa bilər.

webman (2018-07-13 17:42:16)
belə deyim də bəy, yemək reseptlər saytıdır. istifadəçi saytda daha çox vaxt keçirir girir sayta resepti oxuyana kimi çox vaxt keçirir yəni ki. nə qədər olar gəliri təxmini? minimum?

E. Hacı (2018-07-13 16:58:14)
Mövzudan asılı olaraq gəlir səviyyəsi 20-30 dəfə fərqlənə bilər. Yəni 5-6 min girişlə ayda 100-200$ da gələr bilər, 3min dollar da. Səhifə açılma sayı da önəmlidir, istifadəçilərin ortalama keçirdikləri vaxt da önəmlidir, saytın təyinatı, auditoriyası da önəmlidir, reklamların optimal yerləşdirilməsi də önəmlidir və.s. Yaxşı ehtimallarla götürsək, dediyim kimi 3-4min$-a qədər də qaldırmaq olar bu trafikdə saytı. Sadəcə yuxarıda sadaladıqlarımın cavabını bilmirəm sizin sayt üçün