Envato Videohive prinsip Aparır, qəbul eləmir fayllarımı

Deməli VideoHive saytına Motiongraph kateqoryasına video video qoyram, mən oluram o videohive olur qebul eləmir,has been rejected,has been rejected, yazır yazır,deli oldum ,has been rejected görməktən Dedikləri bütün şeyləri edirəm Loqolarını vurram Düzgün yerləşdirirəm Belə yazır keyfiyyət komandası rəyi.qabağda inkişaf etmək üçün sizin faylı qebul edə bilmərik keyfiyəət standartına cavab vermir,Sorada belə deyir Motion grap sahemizi inkişaf ettririk Müştərilərimizin maraqlanan şeyləri qebul edirik.amma baxıram sayta mənəndə aşağı seviyədə olan qoçunun faylı təzəlikcə saytda satışdadı Elə bilki onda iphone 4 Məndə 6 elə birşey,Səbəb nə ola bilər .demirəm Güclü sistemdi sehv məndədi Bütün dedikləri şeyi edib qebul elemiyəndə adamda şübhə qalır

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Ramazan (2018-07-25 22:29:57)
he cox sagol

maxxam (2018-07-25 19:17:46)
https://www.facebook.com/groups/envato.azerbaijan/

Ramazan (2018-07-21 19:18:16)
Cavaba görə çox sağol.adını yaza bilersən zəhmət olmasa. Envato azerini tapdım geri qalan

maxxam (2018-07-21 14:37:10)
Sizin qarşılaşdığnız problemleri azərbaycan dizayn qruplarina qoymuşdular - şifayət edirdilər. Qruplarda cavab yazmışdalar : envato nəsə dəyişiklik aparmağa başlayıb. Tam dəqiq yadımda deyil - nə məsələdi . Siz ən yaxşısı azərbaycan dizayn qruplarina yazın probleminizi - yol göstərərlər - həmdə azərbaycan envato qrupu var facebook-da

Ramazan (2018-07-18 11:40:58)
Hə çox sağol baxıb edirəm E.hacı bəzən fərqli düzəldirəm .Dünən Jupiter transition atmışdım sıfırdan düzəltmişdim.qebul elemədilər .o gün bugatti chiron 3d Animasiyası atmışdım arxası green screen onuda qebul elemedilər.Shortcut Ctrl C Videosunu atmışdım o saytda bideənə məndə varıydı elə video .onuda qebul eləmədilər.təzə profil açdım yenə helə olur.Yox mən envatodan küsmərəm. sən dediyin davam edəcəm ona görə ki başqa pul qazanmağa məşhur sayt yoxdu . Yenə sınayacam Çox sağol. Keçən dəfə shutter stock məsələsində demişdim şəkillərimi qebul elemirlər. araşdırdım xarici pasport lazım imiş .mən vesiqemi qoyurdum ne isə sağol E.hacı Bütün cavablarıva görə bidənə sənsən atraflı başa salan çox sağol

E. Hacı (2018-07-18 10:33:44)
Bəli, səhv sizdədir. Əmin olun ki, sizinlə heç kim prinsip aparmır orada, sizin və onların marağı üst-üstə düşür, onlar da istəyər ki, siz qazanasınız, çünki siz qazandıqca onlar da qazanır. Amma durub iddia etmək ki, mənimlə prinsip aparırlar - bu yolun başından səhv etmək deməkdir. - Sizin işdən daha zəif iş ola bilər orada, normaldır. Amma bildiyiniz kimi, orada işin keyfiyyəti sadəcə bir meyardır, aktuallıq, nə dərəcədə təkrarçı olub olmaması və.s. meyarlar var. Bunları cəmləyib qərar verirlər. Siz isə tək keyfiyyətə görə qərar verməyə çalışırsınız. 1. Hər dəfə öncəsindən daha yaxşı iş görməyə çalışın. Dost tanışdan rəy alın. Öz işinizi və başqasının analoji işini göndərin məsələn, hansının sizinki olduğunu demədən, obyektiv rəy alın, görün hansı fikirləri deyir bu barədə fikir söyləyə biləcək tanışlar. 2. Çox satanlar, yeni daxil olanlar, trenddə olanlar və.s. bölmələri analiz edin, təkrar olmadan, orada olan hər hansı birinin oxşarını edə bilərsiniz. 3. Unutmamaq gərəkli bir şey budur ki, indiki fikir və yanaşma ilə davam etsəniz, heç vaxt alınmayacaq. İttiham etməyi kənara qoyub "nəyi düz etmirəm" yanaşmasına keçin və hər şey də gözəl alınacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Öz kodlarımı harda sata bilərəm?(codecanyon kimi sayt)

Envato – Pul köçürtmək

E-Satış üzərindən gələn gəlir və vergi.

Yös imtahanları

Envato (10% vergi)

Adsense Poçt indeksini yazanda qebul elemir