AMAZON BLACK FRİDAY HAQQINDA MƏLUMATI OLAN VAR?

SALAM.bir neçə gün öncə amazondan noutbuk almaq qərarına gəlmişdim.sonra saytların birində amazonun her il BLACK FRİDAY (QARA CÜMƏ) adlı 1 həftəlik endirim kampaniyası olduğunu oxudum.elektronikalarda hetta 80% qədər endirim olur imiş..gözləmək qərarına gəlmişəm.. bu il qara cümə 23 noyabırda olacaq.bilmək istədiyim isə əgər həmin vaxtda sifarişimi eləsəm normaldakından hər hansi bir gecikme olacaqmı?ümumiyyetle qara cümə etkinliyindən istifade eliyən olub?nə meslehet görürsüz? Təşəkkürlər almaq istədiyim noutbuk: https://www.amazon.com/Acer-Predator-Gaming-GeForce-G9-793-79V5/dp/B01N6S4A2U/ref=sr_1_3?s=pc&ie=UTF8&qid=1532008418&sr=1-3&keywords=acer+predator+17

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-07-19 18:13:59)
Sualın başlığını niyə böyük hərflə yazmısınız ki? Bu normal hal sayılmır. 1. Bəli, hər il şükranlıq bayramından bir gün sonra qara cümə olur amerikada. Bütün mağazalarda. o cümlədən amazonda. 2. Bəli, 10 ildən çoxdur dəfələlərlə yararlanmışam o gündəki imkanlardan. 3. Təəssüf ki, sizin öncədən istədiyiniz mala endirim olacağı zəmanəti yoxdur. Qara cümədə əsasən ya promote ediləsi mallara endirim olur, ya da satılmayıb üstlərində qalan mallara. Ümumiyyətlə təsəvvür etdiyiniz qədər əla fürsət deyil qara cümə. Arzulanan malların əksəri endirimdə olmur həmin gün. Bəzən olur əlbəttə, amma "xod gedən" mallar endirimə düşmür. yenə də məsləhətdir ki, öncədən özünüzə siyahı tutub həmin gün yoxlayasınız. Ki ola bilsin hansınasa 10-20-30 və ya daha çox faiz endirim ola.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

PC,Gömrük,rüsum

Xaricden pul göndərmək üçün

Xaricdə online telefon sifarişi ləğv olundu?

bu saytdan bakıya mal gəlir?

Original futbol butsisi necə sifariş edə bilərəm?

17track