Vördress üçün sürətli hosting

Salam. bir sayt görmüşdüm sürəti əla idi. Saytın açılma sürəti (şəkillərinin böyük olmasına, saytın geniş olmasına baxmayaraq) heç 1saniyə belə deyildi. Belə hostinglərin qiyməti neçəyə olur? Hansı şirkət satır? Qiyməti neçəyə olur?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

niftaliyev (2018-07-21 09:29:00)
Salam. Saytın sürətli açılmağı təkcə hostinqdən asılı olmaya bilər. Əgər keyfiyyətli xidmət istəsəniz Dedicated server alın. Godaddy, Hostinger, bluehost arasında seçim edə bilərsiniz. Yadda saxlayın ki, statik kontentin (şəkil, yazı, videolar) tez açılması üçün təkcə hostinq effektiv olmaya bilər. Bəzən şəkilləri google-un serverindən istifadə etməklə də sayta yerləşdirirlər ki, yük serverə düşməsin. Eyni zamanda da CDN xidmətlərindən də istifadə etmək mümkündür.