Online sifariş limitini bir ay ərzində iki dəfə keçmək

Salam. Online sifariş limitini unudaraq, ay ərzində bir necə sifarişlərim olub, ümumi dəyəri 2000$ yaxın. Sifarşlər partiya partiya gəlir. 1400$ çatanda 400$ sifarişlərim gömrükdən keçmədi, onun üçün 400$-ın 36% ödəməliyəm. Bəs bir neçə gündən sonra qalan 600$ dəyəri olan paketlər gələndə necə olacaq ? Mən yalnız 600$ düşən faizi ödəməliyəm, yoxsa (2000$ - 1000$) faizini?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Samira Mehdiyeva (2018-07-27 12:32:29)
Bir sualım daha var, camex-in çatdırılma haqqı malın qiymətinin üzərinə gəlir? Belə çıxır ki malın dəyəri 1100$, camex çatdırılması 100$-sa, mən 200$ vergisin verəcəm?

Samira Mehdiyeva (2018-07-25 22:46:14)
Başa düşdüm, təşəkkür edirəm.

E. Hacı (2018-07-25 18:22:19)
əlavə 600$ da son 30 gündəki limitə düşür deyə 600-ün rüsumunu tam ödəyirsiniz. Yuxarıda da yazıldığı kimi, qayda sadədir: son 30 gündə hamısı cəmlənir, 1000-i nə qədər keçmisinizsə o qədərinin də rüsumu ödənilir. bir məlumat da deyim ki, çox vaxt belə də olur ki, ayrı vaxtda aldığınızı(1000-i aşmayanda) əvvəlki alışlara cəmləyə bilməyib buraxırlar rüsumsuz. amma əksi də olur. bu daha çox hansı şirkətin gətirməsindən asılıdır.

Maqa (2018-07-25 18:05:27)
1000 dollardan yuxarı olan hissənin faizini ödəyirsiniz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay limit

PayPal’da pul göndərmə limiti

Gömrük 1000$ limit

Paypal hesabı blok edib.

Sazz 4g torrent limit varmı?

wordpress’də upload limiti