Xaricdən telefon sifariş etməyə icazə varmı ?

Salam...Mən özüm istifadə etmək üçün Aliexpress saytından telefon sifariş etmək istəyirəm 1 ədəd...bir neçə nəfər mənə dedi ki, 1 aydır gömrükdə xaricdən telefon gətirməyə icazə dayandırılıb...Xahiş edirəm bu haqda ərtaflı və dəqiq məlumatı olan varsa yazsın...

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

E. Hacı (2018-08-03 11:42:17)
xeyr, başqa heç bir rüsum olmayacaq.

Zuleyxa Axmedzade (2018-08-03 09:46:20)
Salam...yeni qerara gore xaricden gelen telefonlarin qeydiyyat rusumu qalxib yeqinki xeberiniz var...bes qeydiyyat rusumundan basqa gomruk rusumuda verilecek yoxsa hele deqiqlewdirilmeyib o ?

Zuleyxa Axmedzade (2018-07-31 09:50:57)
Cox sagolun )))

Samir Ibrahimov (2018-07-29 00:25:59)
Xanim bank cixariwi kimin adina olmaginin onemi yoxdu esas odurku paket kimin adinadir hemin adam getmelidir.

Maqa (2018-07-28 23:36:10)
saytda var telefon kəlməsini axtarın son bir neçə həftədə çox suallar məhz o barədədir. Orada bir iki nəfər gedib almışdı

Zuleyxa Axmedzade (2018-07-28 18:31:22)
Pocta zəng edirəm ya meşğuldur deyir ya da cavab vermirler...bu yaxınlarda sifariş edən olubmu xahiş mənə dəqiq bilən məlumat versin

Maqa (2018-07-27 17:39:15)
Əvvəlki sistem belədir, telefon kimin adına alınıbsa və sizin bağlamanın üzərində kimin adı yazılıbsa həmin şəxs gedib təhvil almalıdır. Siz daha dəqiq öyrənmək üçün mərkəzi poçta da zəng edib maraqlanın, hər halda düzgün cavabı onlar deyəcək

Zuleyxa Axmedzade (2018-07-27 12:46:37)
Salam...men bankdan soruwdum dediler bank cixariwinin usdunde kart kimin adinadirsa yazilir hemin vereqde...men qohumumuzun karti ile sifariw etmiwem telefonu aliexpressden...indi oz kimliyimle hemin bank cixariwi ile getsem poctda demezlerki , bawqasinin karti ile sifariw edibsiz onun adi yazilib cixariw vereqinin usdunde...olmaz size vere bilmerik telefonu kart kimin adinadirsa ona vermeliyik yalniz deye bilerlermi ?

Zuleyxa Axmedzade (2018-07-26 12:45:02)
Çox sağolun məlumatınız üçün...

Maqa (2018-07-25 18:11:31)
Sizə əsas lazım olan shipping adresi və əlaqə vastiələrinin düzgün olmasıdır. Kartın kimin adına olmasının əhəmiyyəti yoxdur.

Zuleyxa Axmedzade (2018-07-25 14:30:46)
Oxudum saytda ama məni tam qane edəcək cavab yazmamışdılar deyə sual yazdım yenidən...yazıblar telefonu tehvil almaq üçün sifariş haqqında bankdan çıxarış və şəxsiyyət vəsiqəsi olmalıdır...Mən başqasının bank kartı ilə sifariş etsəm olarmı yoxsa öz adıma olmalıdır bank kartı ? Albalı kartdı sifariş etmək istədiyim kart anamın adınadır...

E. Hacı (2018-07-25 13:17:50)
bu haqda çoxlu suallar və cavablar var. kaş ki sual vermədən öncə saytda azca axtarış və ya gəzişmə etsəniz - dərhal cavab da taparsınız. İndi vəziyyət belədir, qısaca deyim: 3-4 aya telefonların gətirilməsinə rəsmi rüsum tətbiq ediləcək, yəni qanun bir neçə aya hazır olub qüvvəyə minəcək. Ondan sonra artıq hər kəs gömrükdən rüsum ödəyib keçirəcək telefonu. Şəxsi ya biznes, hər ikisi. Hazırda isə ala bilərsiniz, rüsumsuz, amma yenə də 28-dəki xüsusi məntəqədən gedib özünüz götürməli olursunuz. Orada isə deyirlər uzun növbə olur, cəmi bir yer verir deyə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Umi Plus E telefon barədə məlumat

AliExpress toplu sifariş

Gömrük, prablemi

oğurluq telefonun tapılması

Aliexpressdən telefon sifariş vermişəm qalib.

Gömrükdə problem olar?