Salam. böyüdüyüm mühit elə olub ki, uşaqlıqdan ingilis dilini təmiz bilirəm; danışmaq, anlamaq vəs.
3-cü kursda oxuyuram aztu-da, orda isə bilib-bilməməyimin fərqi yoxdu, ancaq özümə lazım olur. Nə də özümün elə böyük sosial çevrəm yoxdu ki, insanlar bu şeyi bildiyimi kəşf eləsinlər.
İndi bu boyda dildi, elə bil, adamın ikinci həyat tərzidi. nə qədər ancaq kinoya baxmaq üçün istifadə eliyəcəm onu))
Sualım odur ki, sırf ingilis dilini bilməklə hansı işi tapa bilərəm? Həm indi – tələbəyə uyğun iş üçün soruşuram, həm də sonra üçün. Təşəkkürlər.
P.S heç vaxt IELTS filan heç vaxt lazım olmayıb da, bəs sonra xaricdə magistraturaya verəsi olsam, ortalama az olmasına baxmayaraq, pulsuz oxumaq üçün ing dili təmiz biləndə üstünlüyü var?
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
3
IELTS xaricde majistr oxumaq ucun lazim olacaq elbette hem de teqaud verilmesine yardimcidi.Indi ise siz online xidmet vere bilersiz ve ya sirf danisigi oyrenmek ucun gelenlere conversation club larda ders oyrede bilersiz..Amma elinizde bir sened olsa buna gore is tapmaginiz daha da asanlasar
0
həə, conversation istəyənlər üçün öyrətmək yaxşı fikirdi. təsadüfən elə şey istəyən adamları hardan tapmaq olar haqda da fikirləriniz yoxdu? məsələn, fb-da hansı qrupda adamlara bu maraqlı olar, görəsən
1
Sizə bir tələbə işi məsləhət görə bilərəm. əgər komputer və ofis bacarıqlarınızda varsa ingilis dilində mətnlər tərcümə edə bilərsiniz tələbələr üçün.
Daha sonra upwork, freelancer kimi saytlarda çalışa bilərsiniz. Əlinizdə bir mqdar pul varsa online ticarətlə məşğul ola bilərsiniz. Dahası work and travella amerikaya gedə bilərsiniz yay tətillərində. Üstəlik dil bildiyinizə görə daha çox maaş qazana bilərsiniz və s.
0
haha, amma əziyyətə dəymişən bir işdiye o)) bir ara yazırdım, sonra tulladım
0
Müstəqil işləri nəzərdə tutursunuzsa məncə yanlışdı. Mən 20 günə yalan deyil gərçəkdi 600 manatlıq sifariş almışdım keçən il 2 həftəyə də təslim etmişdim. Hətta xarici dillərə tərcümə üçün 2=3 qat artıq təklif edənlərdə var idi.
Sual verin
Cavab verin