Amazonda az məhsul satmaq mümkündür?

Salam. Azərbaycandan Amazonda satiş edərkən 1 neçə məhsul göndərə bilərəm. Məsələn toxunma əl məhsullari. Hər məhsuldan 4_5 ədəd


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

(11:29, 04/08/2018 ) #72333

Təbii ki.
Sadəcə Amazonda satış etmək asan deyil və ciddi xərcləri var deyə kiçik tək-tək nəsə satan satıcılar üçün yaramır.
Məsələn amazon-da 90% alıcı Fullfilled by Amazon (yəni mal amazonun anbarından yola çıxır) yarlığı olmayan malları almır. Fullfilment by Amazon üçün isə xeyli sənəd işləri və xərc tələb edilir. Ki siz malları Amazona göndərəsiniz. Onlar sizin üçün göndərə kim alsa ona.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:44, 04/08/2018 ) #72337

    Bəs Amazon Seller Central Azərbaycanı dəsləkmir axı. Mən satıcı profili yaratmaqa calışmışdım. Ancaq axırda ölkəni seçəndə Azerbaycanin adı yox idi deyə alımadı. Ölkənin Zip kodunuda qəbul eləmir. Bəlkə nəyisə düz eləməmişəm?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:13, 04/08/2018 ) #72339

      Bəlkə də düz etməmisiniz nəyisə, və ya bəlkə də başqa ölkə seçməklə etmək olur. Amma həll edənlər olub Azərbaycanda bu məsələni. Bir tanış Amerikada şirkət təsis edərək (təxminən 500$ xərci olur online olaraq orada şirkət açmaq) bütün məhdudiyyətləri kökündən həll etmişdi və Amazonda seller yaratmışdı

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:55, 04/08/2018 ) #72353

    Tesekkur edirem.Bes fba ile qeydiyyatdan kecende her mehsula gore 39.99 dollardan basqa basqa pul tutulur?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:31, 06/08/2018 ) #72360

      Maraqlan,ustune dush yxsi pul tutmaq olar,duzeltmeye o geder sheyler varki youtube doludu oyrediller ,,youtubede bu haqqinda video choxdu

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:13, 05/08/2018 ) #72354

Olar satmaq malları amazonun deposuna göndərsəz, ancaq 4-5 ədədlə ediləcək iş deyil. Biraz araşdırın bu işi xırda detalları çoxdur. Ən azı yoxlamaq üçün 100-200 ədədlərlə başlamaq lazımdır. Üstünə karqo qiyməti, reklam xidməti, amazonun kəsintiləri və s. işləri götür qoy edib ona görə hərəkət edin. Dil bacarığınızda varsa əla.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:50, 06/08/2018 ) #72361

    Bəs amazona göndərilən 1kq məhsula görə nə qədər pul ödənməlidir?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (00:04, 07/08/2018 ) #72364

      Amazonun deposu üçün göndərim zamanı hər hansı ödəniş etmirsiniz. Sizin nəğq olaraq ödəyəcəyiniz məhsulun alınması və ya istehsalı üçün, malı depoya göndərmək üçün karqo. Bu 2 şey üçün pul ödəyirsiniz. Bundan sonra isə hər məhsulunuz satılan zaman amazon karqolama və depo üçün məhsulun qiymətindən müəyyən kəsintilər edir. Ancaq bunlarda 4-5 kateqoriyaya bölünür. Misal üçün standart ölçülü mallar, oversize deyilən böyük ölçülü mallar, maye mallar və s. Bu kateqoriyalara görə də qiymətlər ucuz və bahalı olur

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:01, 07/08/2018 ) #72369

    Çox xahiş edirəm bir sual verim. Ona cavab verin . Azərbaycandan Amerikaya hansi kargo şirketleri var və ən sərfəlisi hansidir?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (5 saat əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (21 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024