Amazonda az məhsul satmaq mümkündür?

Salam. Azərbaycandan Amazonda satiş edərkən 1 neçə məhsul göndərə bilərəm. Məsələn toxunma əl məhsullari. Hər məhsuldan 4_5 ədəd

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Nuray Vəliyeva (2018-08-07 17:01:56)
Çox xahiş edirəm bir sual verim. Ona cavab verin . Azərbaycandan Amerikaya hansi kargo şirketleri var və ən sərfəlisi hansidir?

Maqa (2018-08-07 00:04:59)
Amazonun deposu üçün göndərim zamanı hər hansı ödəniş etmirsiniz. Sizin nəğq olaraq ödəyəcəyiniz məhsulun alınması və ya istehsalı üçün, malı depoya göndərmək üçün karqo. Bu 2 şey üçün pul ödəyirsiniz. Bundan sonra isə hər məhsulunuz satılan zaman amazon karqolama və depo üçün məhsulun qiymətindən müəyyən kəsintilər edir. Ancaq bunlarda 4-5 kateqoriyaya bölünür. Misal üçün standart ölçülü mallar, oversize deyilən böyük ölçülü mallar, maye mallar və s. Bu kateqoriyalara görə də qiymətlər ucuz və bahalı olur

Nuray Vəliyeva (2018-08-06 20:50:38)
Bəs amazona göndərilən 1kq məhsula görə nə qədər pul ödənməlidir?

Ramazan (2018-08-06 17:31:29)
Maraqlan,ustune dush yxsi pul tutmaq olar,duzeltmeye o geder sheyler varki youtube doludu oyrediller ,,youtubede bu haqqinda video choxdu

Maqa (2018-08-05 20:13:01)
Olar satmaq malları amazonun deposuna göndərsəz, ancaq 4-5 ədədlə ediləcək iş deyil. Biraz araşdırın bu işi xırda detalları çoxdur. Ən azı yoxlamaq üçün 100-200 ədədlərlə başlamaq lazımdır. Üstünə karqo qiyməti, reklam xidməti, amazonun kəsintiləri və s. işləri götür qoy edib ona görə hərəkət edin. Dil bacarığınızda varsa əla.

Nuray Vəliyeva (2018-08-04 22:55:32)
Tesekkur edirem.Bes fba ile qeydiyyatdan kecende her mehsula gore 39.99 dollardan basqa basqa pul tutulur?

E. Hacı (2018-08-04 14:13:12)
Bəlkə də düz etməmisiniz nəyisə, və ya bəlkə də başqa ölkə seçməklə etmək olur. Amma həll edənlər olub Azərbaycanda bu məsələni. Bir tanış Amerikada şirkət təsis edərək (təxminən 500$ xərci olur online olaraq orada şirkət açmaq) bütün məhdudiyyətləri kökündən həll etmişdi və Amazonda seller yaratmışdı

Marceline (2018-08-04 13:44:09)
Bəs Amazon Seller Central Azərbaycanı dəsləkmir axı. Mən satıcı profili yaratmaqa calışmışdım. Ancaq axırda ölkəni seçəndə Azerbaycanin adı yox idi deyə alımadı. Ölkənin Zip kodunuda qəbul eləmir. Bəlkə nəyisə düz eləməmişəm?

E. Hacı (2018-08-04 11:29:03)
Təbii ki. Sadəcə Amazonda satış etmək asan deyil və ciddi xərcləri var deyə kiçik tək-tək nəsə satan satıcılar üçün yaramır. Məsələn amazon-da 90% alıcı Fullfilled by Amazon (yəni mal amazonun anbarından yola çıxır) yarlığı olmayan malları almır. Fullfilment by Amazon üçün isə xeyli sənəd işləri və xərc tələb edilir. Ki siz malları Amazona göndərəsiniz. Onlar sizin üçün göndərə kim alsa ona.