Bloq haqda bilmədiyim

1.Mənim blogum Azərbaycancadır və mənə böyük məbləğdə pul qazanmaq lazım deyil.Adsense reklamlarını müəyyən yolla da olsa öz bloguma yerləşdirmək istəyirəm bunun üçün nə etməliyəm?(bunun yolu varsa ətraflı zəhmət olmasa)
2.Bloguma reklam yerləşdirdim tutaq ki,bu zaman reklamı mən özüm seçəcəm yoxsa google mənim kategoriyama uyğun özü reklam qoyacaq?
3.Azərbaycan blogu üçün google adsense daha sərfəlidir yoxsa digər reklam saytları?
4.Mən artıq öz blogum üçün adsense yə məlumat yollamışam adsense bunu leqal olaraq qəbul edə bilərmi?


Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(13:26, 11/08/2018 ) #72401

1. Azərbaycan dilində sayt üçün Adsense dəstəyi yoxdur. Başqa saxta bir xarici dildə sayt açıb adsense-i onun üçün alıb, sonra bloqunuza yerləşdirmək də olar – amma gec-tez blok ediləcəksiz və gəlir də heç 1$ olmayacaq.
2. Google özü seçir.
3. Digər sayt varsa o, adsense bizim dil üçün tam ölüdür.
4. Çətin ki edə.

Yaxşı olar ki, bloqunuza öncə çoxlu istifadəçi qazanasınız.
Ümumiyyətlə bu sahədə uğurun formulu budur:

A) Bloq açıb pul qazanmaq üçün reklam filan qoyanlar və bu yöndə düşünənlər ki nə edim hansı reklamı qoyum deyənlər – bunların 99.99%-i heç nə qazanmadan həvəsdən düşüb dayanır.
B) İlk öncə heç bir pul, banner, reklam düşünmədən yalnız və yalnız bloqunu populyarlaşdırmaqla məşğul olanlar (müntəzəm olaraq post yazmaq, postların keyfiyyətini daim artırmaq, daha çox izləyici toplamaq, ətrafında geniş auditoriya formalaşdırmaq və.s.) – bloqdan pul qazanan insanların demək olar ki, hamısı, bu B bəndində olanlardır. Çünki B bəndindəki hədəfə çatdıqda pul imkanlar özü gəlir onların ayağına (şirkətlər sponsorluq təklif edir, əməkdaşlıq perspektivləri çıxır və.s.)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Maqa cavab verdi - DIGITAL MUSIC PLAYER (3 saat əvvəl)

НеВиДиМыЙ cavab verdi - DIGITAL MUSIC PLAYER (7 saat əvvəl)

E. Hacı cavab verdi - Apple.com-dan daşıma şirkəti vasitəsilə iPhone almaq mümkündürmü? (8 saat əvvəl)

Maqa cavab verdi - DIGITAL MUSIC PLAYER (11 saat əvvəl)

Hasan0208 cavab verdi - Apple.com-dan daşıma şirkəti vasitəsilə iPhone almaq mümkündürmü? (11 saat əvvəl)

Elnur_87 cavab verdi - Wi-Fi Administrator parolunu dəyişmək (23 saat əvvəl)

Emil- cavab verdi - Wi-Fi Administrator parolunu dəyişmək (1 gün əvvəl)

Elnur_87 cavab verdi - Wi-Fi Administrator parolunu dəyişmək (1 gün əvvəl)

Maqa cavab verdi - Notbuk seçimi (1 gün əvvəl)

Maqa cavab verdi - Bankdan basgasina pul goturmek (1 gün əvvəl)

Maqa cavab verdi - Poçt Qaradağ/ Aliexpress (1 gün əvvəl)

Emil- cavab verdi - Wi-Fi Administrator parolunu dəyişmək (1 gün əvvəl)

neo13 cavab verdi - Apple.com-dan daşıma şirkəti vasitəsilə iPhone almaq mümkündürmü? (2 gün əvvəl)

Maqa cavab verdi - Hansı Taksi şirkətində çalışmaq sərfəlidir ? (2 gün əvvəl)

Maqa cavab verdi - Musiqi Aləti (Elektro Gitara,Səs gücləndiricisi,səs kartı) (2 gün əvvəl)

E. Hacı - 590 xal

Software Developer - 589 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 417 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Maqa - 236 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 20331 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2019