Bloq haqda bilmədiyim

1.Mənim blogum Azərbaycancadır və mənə böyük məbləğdə pul qazanmaq lazım deyil.Adsense reklamlarını müəyyən yolla da olsa öz bloguma yerləşdirmək istəyirəm bunun üçün nə etməliyəm?(bunun yolu varsa ətraflı zəhmət olmasa) 2.Bloguma reklam yerləşdirdim tutaq ki,bu zaman reklamı mən özüm seçəcəm yoxsa google mənim kategoriyama uyğun özü reklam qoyacaq? 3.Azərbaycan blogu üçün google adsense daha sərfəlidir yoxsa digər reklam saytları? 4.Mən artıq öz blogum üçün adsense yə məlumat yollamışam adsense bunu leqal olaraq qəbul edə bilərmi?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-08-11 13:26:45)
1. Azərbaycan dilində sayt üçün Adsense dəstəyi yoxdur. Başqa saxta bir xarici dildə sayt açıb adsense-i onun üçün alıb, sonra bloqunuza yerləşdirmək də olar - amma gec-tez blok ediləcəksiz və gəlir də heç 1$ olmayacaq. 2. Google özü seçir. 3. Digər sayt varsa o, adsense bizim dil üçün tam ölüdür. 4. Çətin ki edə. Yaxşı olar ki, bloqunuza öncə çoxlu istifadəçi qazanasınız. Ümumiyyətlə bu sahədə uğurun formulu budur: A) Bloq açıb pul qazanmaq üçün reklam filan qoyanlar və bu yöndə düşünənlər ki nə edim hansı reklamı qoyum deyənlər - bunların 99.99%-i heç nə qazanmadan həvəsdən düşüb dayanır. B) İlk öncə heç bir pul, banner, reklam düşünmədən yalnız və yalnız bloqunu populyarlaşdırmaqla məşğul olanlar (müntəzəm olaraq post yazmaq, postların keyfiyyətini daim artırmaq, daha çox izləyici toplamaq, ətrafında geniş auditoriya formalaşdırmaq və.s.) - bloqdan pul qazanan insanların demək olar ki, hamısı, bu B bəndində olanlardır. Çünki B bəndindəki hədəfə çatdıqda pul imkanlar özü gəlir onların ayağına (şirkətlər sponsorluq təklif edir, əməkdaşlıq perspektivləri çıxır və.s.)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Blogspot haqqında

Micro Kartda olan məlumatların format olunmasından və silinməsindən sonra məlumatları geri qaytaran bütün proqramlar

Müxtəlif dillərdə sayt

Aliexpress disput açmaq

Pulsuz proqramlar

Qeydiyyat tələb etməyən image-hosting sayt(lar)ı