Payonner üçün məsləhət görülən ATM

Salam, Payoneer hesabımda olan miqdarı özünün mastercard'ı ilə çıxartmaq fikrim var ancaq bunun üçün melumatlı adamlardan bankomatların hansının bunun üçün yaxşı olduğunu bilmək isteyerdim. Yəni, hansı bankomat mebleğden az komissiya xerci çıxır. Keçən dəfə təsadüfən xalq bankın bankomatından pulu çıxartmışdım. İstədiyim məbləği yazıb çıxartmaq olmurdu. İndi isə fikrimi tam çatdırdığım üçün suallarım belə olacaqdı: 1) Hansı bankın atm-lərində pul çıxardarkən məbləği özümüz yazırıq? 2) Birdə həmin bankomatda hesabda olan məbləği göstərmirdi və payoneer özü 3.15 $ çıxarkən, bankomat da bir o qədər puldan tutdu. Daha öncə təcrübəsi olanlardan hansı bankomatın daha az komisiyya xerci tutduğunu bilənlər yazardı zəhmət olmasa

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Elon Musk (2018-08-12 22:11:37)
Bəli, elə ən yaxşısı saxlayıb birdəfə çəkməkdi. Tamamilə düzdü deyirsiz. Təşəkkürlər

E. Hacı (2018-08-12 16:54:52)
Aşağı limit olur çox vaxt, onu dəqiq bilmirəm nə qədərdir, amma tutaq ki yoxdursa belə çox kiçik məbləğ çıxarmaq onsuz da 3.15 məsələsi olduğuna görə çox böyük yanlışdır. Məsələn tutaq ki, 1.8%-in aşağı limiti yoxdur. O halda 5 dəfə 10$ çıxarırsınızs, hər dəfəa 3.15+1.8%, yəni hər dəfə 3 dollar 33 cent çıxacaqlar, 5 dəfədə edəcək 16.65$. Eyni məbləği, yəni 50 dolları bir dəfəyə çıxarsaz 3.15+1.8%=4.05$. Gördüyünüz kimi 16.65$ dollar 4 dollardan dəfələrlə çoxdur. Ona görə də nə qədər çox mümkündürsə o qədər çıxarmaq gərək

Elon Musk (2018-08-11 19:44:43)
Məsələn mən 10 $ çıxarıramsa 18 sent çıxacaqlar? bu çox aşağı olar bankomat üçün yoxsa minimumdan aşağı olanda çox çıxırlar men deqiq başa düşmedim. Minimum ne qeder çıxartmaq meslehetlidir ki, çox komissiya xerci tutmasınlar 1.8% tutsunlar elə

Elon Musk (2018-08-11 19:32:45)
Çox sağ olun, dediyiniz 1.8% məbləğdən asılı olaraq dəyişir yəni hər 100 $ üçün 1.8% tutulur yoxsa məbləğin fərqi yoxdu her pul çıxardanda 1.8% tutur?

E. Hacı (2018-08-11 19:10:42)
Sual əvvəllər dəfələrlə verilib, axtarış bölməsindən istifadə etsəydiniz, dərhal cavab alardınız. 1. Bütün bankomatlarda eynidir. 2. Nəyin nə qədər çıxdığına bir neçə saat sonra payoneer hesabda baxa bilərsiniz. Məsələn 500$ çıxardınızsa, orada yazacaq ki, ATM-dən 512.15 çıxıb. Bu da o deməkdir ki, 3.15+1.8% çıxıb. Bu dollarla çıxaranda olur (yəni elə bankomat olmalıdır ki içində dollar olsun). AZN ilə olanda isə bir az da əlavə konvertasiya faizi olacaq - ki hər bankın öz kursuna görə fərqlənir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

1.2.3.4-cü qruplara daxil olan ixtisaslar

Masazıra getmək

“İmport gömrüyündən qaytarılıb”

Aliexspresdən telefon gəlir rayon poçtuna?

ebaydan məsaj

rap yazmaq isteyirem