Myvideo.az-a video yükləmək alınmır

Salam. Myvideo.az saytına daxil olanda sayt güclə yüklənir, bölmələrə keçəndə ən azı 1-2 dəqiqə açılmağına vaxt gedir. Video yükləməyə çalışanda isə, 100%-ə kimi gedir sonra videonun linkinə klikləyəndə videonun mövcud olmadığı yazılır. Artıq ikinci dəfədir ki, eyni error gəlir. Bu nə ilə bağlı ola bilər? Mümkündürsə, alternativ videoportal məsləhət verərdiniz. Sadəcə youtube, vimeo, dailymotion əsasən copyright verir. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

IBA (2018-08-15 01:31:54)
Cavab üçün təşəkkürlər. Dünən feysbuklarına yazmışdım, baxıblar deyəsən, amma cavab yazmayıblar, əslində alternativ copyright verməyən videohostinq tapmaq daha yaxşı olardı. Hər halda müvəqqəti olar.

E. Hacı (2018-08-14 17:18:12)
müvəqqəti problemdir bəlkə. mən son dəfə 1 ay əvvəl girmişdim ora, həmişə olduğu kimi əla işləyirdi. Əlaqə bölmələrindən yazın, yəqin ki müvəqqəti problemin səbəbini izah edərlər