Xaricdən Mobil Telefon sifarişi Kommisiya 2018

Salam. bir xəbər oxumuşam ki xaricdən şəxsi istifadə üçün alınan telefonlarin qeydiyyatı 20 manat olacaq + telefonun bazar qiymetindən asilı olaraq komissiya tutulacaq. Bu duz xəbərdir ? Düz xəbərdirsə.... Bu suallar maraqlandırır. 1) Tutaq Aliexpresden alınan telefonun bazar qiymətini necə öyrənmək olar? 2) Elə markalı telefonlar var ki tanınmırlar, onların bazar qiymətini necə bilmək ? 3) Bəlkə mən bazar qiymətindən ucuz əldə etmişəm ?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Emil- (2018-08-20 15:50:51)
He anladim, demek duymeli telefonlarin qeydiyyati 20 azn dir. Smartfonlar ise 30-150 azn arsinda. Bu rusum imei geydiyyatina aidir yoxsa yalniz telefona ? Yeni tutaq 150$ -ra telefon almisam, men ona 50 azn kommisiya odemeliyem. Bu kommisiya neye aitdir telefonun aldigima gore yoxsa imei kodun qeydiyatina ?

E. Hacı (2018-08-20 15:11:35)
varsa deməli ilk sətir ona aid deyil də. ilk sətir düyməli telefonlara aiddir, bu 50-60 manata olanlar. Onlar üçün rüsum 20 manatdır. Smartfonlar üçün isə altdakı sətirlərdə yazılıb rüsym

Emil- (2018-08-20 13:21:58)
Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınması. >>> Nece yeni Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan ?? Axi telefonlarda bu cixislar var.....

Maqa (2018-08-18 22:48:06)
Qərar qəbul olunub ki, saytda da qeyd olunub. Biraz məntiqli olun 1 aydır ki, hər kəs eyni sualı verir. Bütün televiziyalarda dedi ki, qərar qüvvəyə minib və icra olunur. Qeyd olunduğu kimi icrası 99 faiz onlarda olan qiymətlərə görə tənzimlənəcək

Emil- (2018-08-18 19:49:22)
Bu qiymetler artiq testiqlenib? Mentelefon sifaris versem, 15-20 gune gelecek, artiq bu yeni rusumu odemeliyem ya hele kohne qiymetlerdi ?

E. Hacı (2018-08-18 15:21:48)
20 yox, çox olacaq.

Mobil cihazın bazar qiymətiDövlət rüsumu
*Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların
qeydiyyata alınması
20 manat
100 ABŞ dollarına qədər 30 AZN
101 ABŞ dollarından 200 ABŞ dollarına qədər50 AZN
201 ABŞ dollarından 400 ABŞ dollarına qədər60 AZN
401 ABŞ dollarından 700 ABŞ dollarına qədər70 AZN
701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər100 AZN
1001 ABŞ dollarından yuxarı olduqda150 AZN
1) Telefonların bazar qiyməti onlarda olan siyahıda olacaq. 2) Çox güman ki telefonun parametrlərinə, tipinə və.s. baxıb orta qaba qiymət çıxarılacaq. 3) Bu məsələlər hələ ki tənzimlənməyib, görək necə edəcəklər. İki ehtimal var: a) Sizin aldığınız qiymət önəmli olmayacaq, havayı alsanız da deyilən rüsumu ödəyəcəksiniz. - 99% belə edəcəklər. b) invoice-ə əsasən ödəyəcəksiniz. - bu ehtimal aşağıdır. Çünki xaricdən saxta invoice ilə alanlar çoxalar bu halda.