Payoneer kart sifariş vermək üçün ilk 30$ necə yükləyim.

Salam, payoneer da kart sifariş verə bilmək üçün hesabımza ən azı 30 dollar ödəniş edilməlidir. Bu ödənişi hər hansı bir banka yaxınlaşaraq, şəkildə (Global Payment Service bölümündəki) qeyd olunan məlumatları verərək edə bilərəm? Yoxsa kimsə başqa birpayoneer hesabdan ödəniş gəlməlidir? https://ibb.co/fReone

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

local (2018-12-04 16:49:07)
Salam cox sag olun aydindir. Amazonda qeydiyyat etdim.

E. Hacı (2018-08-21 01:19:31)
izah verdim yuxarıdakı cavabda

Nuray Vəliyeva (2018-08-20 23:01:16)
Salam məndədə eyni problemdir. Çox xahiş edirem sade yolla izah edin

E. Hacı (2018-08-20 18:33:10)
başqa yerdən ödəniş almalısınız. Payoneerin də elə mənası budur. Siz payoneerə haradansa pul yükləyə bilməzsiniz. Payoneer elektron-pulqabı deyil, ödənişləri qəbul etmək üçün olan platformadır. Ona görə də orada balansa pul əlavə etmək mövcud deyil. Süni formada bunu etmək istəsəniz, özünüz özünüzə invoice yarada bilərsiniz email ilə (başqasının adına göndərərək) - 50$ məbləğində. Sonra onu online ödəmə ilə adi kart ilə ödəyə bilərsiniz - sadəcə nəzərə alın ki, əgər başa düşsələr ki, özünüz özünüzə ödəyirsiz, bu qayda pozuntusu sayılacaq və hər hansı blok filan tədbiri görə bilərlər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazondan Azərbaycana çatdırılma

Ebay sifarişin qorunma müddəti

Watsap plusa link virussuz lazimdir

ebay fedex anlaşılmazlıq

Xaricdən satış üçün telefon gətirmək

Türkiyede Tehsil YÖS