Imei trajedisi

Salam. Imei haqqında yeni qərarla bağlı bir neçə sualım var. Bilirəm bu haqda çoxlu suallar olub. Ancaq ətraflı başa düşülməsi üçün bu sualı vermək mənim üçün vacibdir. 1. Deyilənə smartfonların qeydiyyatının ödənişi qaldırılmışdır. Tutaq ki, mən təzə telefon almışam və bu telefonun 2 nömrəsi var. Və mənim telefonumun qeydiyyatı üçün 50 AZN tələb olunur. Bu halda mən 50 AZN-i hər bir nömrə üçün ödəməli olacam yoxsa 1dəfə? 2. Mən bu yaxınlarda özümə yeni telefon sifariş versəm, yeni qərarlarla bağlı telefonum gömrükdə ilişib qalmaz ki? 3. Mən telefon alib lakin qeydiyyatdan keçirməsəm, danışıq üçün başqa telefonu işlədsəm bir problem çıxmaz ki? 4. Bildiyimiz kimi bəzi telefonların imei kodları dəyişdirilə bilir. Əgər telefonun imeisi dəyişdirilərsə hansı tarifə əsasən qeydiyyatdan keçirilə bilər. Cavablar üçün təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Bextiyar Azeroglu (2018-09-01 13:51:03)
4) olur android sisetmli telefonları əsas da mediatek prosessorlu telefonların imeisini dəyişmək çox asandır. Amma nəzərə alınki bu cinayət işidir. İstəsəniz maraqlanın buna görə insanın başını necə ağrıdırlar.

Maqa (2018-08-24 16:33:29)
ola bilər. Məndə isə tam əksinə olub

neo13 (2018-08-24 16:29:40)
Məndə 30 gündən çox qalıb işlədə işlədə. 2 ay sonra açdırmışam bir problem olmayıb.

neo13 (2018-08-24 16:27:25)
1) 1 dəfə 2) hələki qalacaq 3)çıxmaz 4)Eyni tarifə

Maqa (2018-08-24 16:25:33)
Suallarınıza imei.az saytında rahatca cavab tapa bilərdiniz. 1. fərqi yoxdur 1-2 sim kart üçün eyni məşləğ tələb olunur. 2. Telefonları PDM dən gedib götürürsünüz 3. Telefonu ölkə razisində 30 gün müddətində qeydiyyatdan keçirməlisniz. Əks halda deyilənə görə qara siyahıya düşür imeil kodu Axırıncı sualı tam anlamadım. Aydın yazsaz çalışaram cavab verim

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Telefonun qeydiyyatı

imei kodla telefonun tapılmasi

Xiaomi Telefon qeydiyyatı

Lenovo telefonların imei qeydiyatı?

Telefon qeydiyyati

Unlocked yenilenmis telefonun IMEI Qeydiyyata ehtiyacı var?