İnternetten telefon sifariş etmək

Salam. Bilirəm bu barədə saytda çox sual var ama məni tam qane etmediyi üçün özüm sual vermək istədim. Mən Qubada yaşayıram ''AliExpress'' den vəya ''From.ae'' den telefon sifarişi vermək istəyirəm. Sifariş versəm telefon gəldiktən sonra Quba poçtasından götürə bilərəmmi? Həmdə gömrükdə problemlə üzləşmək təhlükəsi varmı? Özüm əcnəbi ölkə vətəndaşıyam.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Mamed93 (2018-08-28 01:47:58)
Burdan elden alacam telefonu. Kitaydan sifaris vermek problemlidi

Samir Ibrahimov (2018-08-27 18:40:51)
Bilerekden vermirki elave vergi vermelisen falan filan direwsen ala bilersen ikinci telefonunu amma ucuncu cetin olar almaq

Maqa (2018-08-27 11:49:28)
3 telefon artıq vergiyə daxil olur.

Mamed93 (2018-08-27 10:51:12)
Bu deqiqdir? Yeni bu halla uzlesen olub?

Samir Ibrahimov (2018-08-27 07:57:44)
Eyni adamin adina ikinci tel gelirse bax onda surundururler vergi falan yeridirler

Mamed93 (2018-08-26 19:44:22)
Hansı qanun? Qeydiyyat rüsumunun bahalaşması? Eger mən öz adıma 3 dənə telefon sifariş versəm PDM də bir problem olmaz ki?

Maqa (2018-08-26 14:49:39)
qanun çıxandan sonra hələki xeyir

Mamed93 (2018-08-25 14:16:55)
Cox sağolun cavaba göre. Sizde telefon Sifariş etmisdiniz?

Maqa (2018-08-25 12:51:33)
Gedənlərin dediyinə görə bir neçə saat gözləmə olur. Səbəb əlbəttə hər kəsi ora yönləndirmələridir. Mən bu olaylardan əvvəl də olmuşam orada 20-30 dəqiqə gözləmişəm. Telefon rüsumuna gəldikdə isə rüsum telefona ödənilir. Nömrə məhdudiyyəti yoxdur artıq

Mamed93 (2018-08-25 11:43:38)
Teşekkür edirəm. Bəs poçt gəldiktən sonra mənə xəbərdarlıq edilirmi? Və əgər gələrsə gedib 1 gün içərisində ala bilərəmmi? Və bir sualım da var, telefon qeydiyyatı 2 nömrəli telefonlar üçün hər nömrəsinə ayrı rüsum ödənilir yoxsa sadəcə telefona mı ödənilir?

E. Hacı (2018-08-25 11:31:47)
Bildiyim qədərilə hazırda vəziyyət qarışıqdır, ona görə də sual verən çoxdur - hazırda səhv etmirəmsə hələ də saxlanılır, hər kəz özü gedib Bakıda PDM-dən götürməli olur. Amma bu belə davam etməyəcək yəqin ki, rüsum ödənməsi filan texniki məsələləri həll ediləndən sonra çox güman ki əvvəlkitək rahatca məhəllə poçtunuzdan götürə biləcəksiz. Təcili deyilsə hələ ki almayın ən yaxşısı, bir neçə həftə səbr edib məsələnin stabilləşməsini gözləyin