Avtomobil Rüsumu

Avtomobili addan-ada keçirərəkən nə qədər rüsum ödənilməlidir.(Pajero İo 2 motor 2000il) Xaiş edərdimki sizə yönləndirilən sualı cavablandırasınız.Diqqətinizə görə təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Cemaleddin22 (2018-10-12 18:57:34)
Hörmətli Bəxtiyar müəllim.Xaiş edirəm ki,bu sualımı cavab verəsiniz: -Kamaz markalı avtomobili bir addan digər ada keçirmək üçün dövlət rüsumu nə qədərdir.Təşəkkür edirəm.

Bextiyar Azeroglu (2018-09-02 13:55:25)
buyurun.

Cemaleddin22 (2018-09-01 14:23:12)
Çox sağ olun məlumatınıza görə.Minnətdaram

Bextiyar Azeroglu (2018-09-01 13:34:23)
Maşının qeydiyyatlını dəyişmək cəmi 59 manatdır Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bir yerdə qeydiyyatda olan maşının başqa yerdə qeydiyyatda olan şəxsin adına keçirilməsi məsələsi heç bir əlavə prosdur olmadan həll oluna bilər. Buna elə həmin qanunun 29-cu maddənin 3-cü hissəsi imkan verir. Lakin bəzən yol polisində müxtəlif bəhanələr gətirilərək bu məsələ ilə bağlı süründürməçiliyə yol verilir. Məktubda qeyd olunan avtomobil üçün icbari sığorta haqqı 100 manat, texniki baxış rüsumu 20 manat, alq-satqını rəsmiləşdirmə xərci isə 59 manatdır. Əgər maşının sığorta və texniki baxışı varsa, onda cəmi 59 manata qeydiyyatını dəyişə bilər, yəni, başqa adamın adına keçirilə bilər. Bu məbləğ nəqliyyat vasitəsinin texniki müayinəsinin və müvafiq arayışın tərtib edilməsinin rüsumundan (20 manat), dövlət qeydiyyat şəhadətnaməsi verilməsi rüsumundan (17 manat) və dövlət qeydiyyat nişanının verilməsi (yaxud avtomobilin üzərindəki nişanın yeni adamın adına rəsmiləşdirilməsi) rüsumundan (22 manat) ibarətdir. Qanunun 32-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini özgəninkiləşdirmək istəyən şəx, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün DYP-nin qeydiyyat-imtahan məntəqəsinə təqdim etməlidir. Burada DYP əməkdaşları nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır. Daha sonra yoxlamanın nəticəsi barədə müvafiq arayış tərtib edirlər və bundan sonra alqı-satqı proseduru həyata keçirilir.