Camexlə Amazondan sifariş zamanı billing adress hissəsinə nə yazmalı

Salam. Mən amazondan camex vasitəsilə sifariş edirəm. Shipping adressdə normal olaraq Camexin ABŞ-dakı ünvanını yazmışam və billing adress kimi də eyni ünvanı seçdim. Ancaq bir müddət sonra məndən payment methodunu update etməyimi istədi. Bu dəfə öz ünvanımı yazdım yenə eyni şey oldu. Mənə maraqlıdır siz necə edirsiniz ki qəbul edir? Və ya problem nədədir?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

E. Hacı (2018-09-10 11:09:37)
Əla :)

Aysel Məmmədova (2018-09-09 01:39:59)
Kartımda limit var idi günlük max ödəniş miqdarı ilə əlaqədar. Limitsiz etdilər ondan sonra alındı) Çox sağolun köməklik üçün :)

E. Hacı (2018-09-08 12:21:38)
Bu səhv billingə görə deyil axı çox güman. Nəsə ya kart icazə verilməyən kartdır (bloklanmış, məhdudlanmış, bitmiş və.s.), ya da digər parametrlərdə yanlış daxil etmə var. Xeyr, kartın harda qeydiyyatdan keçməsi önəmli deyil, tam 100% məsuliyyətlə deyirəm ki, camex-dəki ünvanı, həm billing, həm də shipping kimi daxil edəndə heç bir xəta vermir. Səbəbi başqa parametrlərdə, xüsusən kartın özündə axtarmaq gərək

Aysel Məmmədova (2018-09-08 02:32:16)
Yazılır ki, payment method declined. Amazon Azərbaycana göndərmir deyə billing adresdə Azərbaycan yazanda götürmür məncə və billing adresdə də camex-in ünvanını yazanda da götürməmək səbəbi kartın o adresə uyğun qeydiyyatdan keçməməsidi məncə. Bilmirəm necə edim. Elə bir şey ola bilər ki kartın ünvanına əsl ünvanından başqa (məs: camexin ABŞ-dakı anbarının ünvanı) ünvan yazmağa əngəl qoyulsun bank tərəfdən? Çünki başqa adamlar axı belə ediblər heç bir səhv verməyib. Siz necə etmisiz bəs sifariş ? Etmisizsə necə yazmısız billing hissəsində?

E. Hacı (2018-09-08 00:47:32)
Dəqiq hansı xəta mesajı çıxarır paylaşın lütfən

Aysel Məmmədova (2018-09-07 19:32:44)
Problem çıxır. Artıq bilmirəm necə edim. Bəlkə də 10cu cəhdimdi alınmır. Həm camexin adresiylə yoxlamışam, həm də öz ünvanımla heç cür olmur.

E. Hacı (2018-09-07 10:47:04)
sifariş verəndə problem çıxırmı? Çıxmırsa deməli problem yoxdur. Billing ünvan camex verən ünvanı, doğru sətirlərə daxil etmək şərtilə yazanda heç bir problem olmur

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ali express

Payoneer karti haqqinda

Çindən mal gətirmək haqqında

Vatsapda blokdan çıxmaqda kömək istəyirəm.

Kairos Planet etibarlıdırmı

9-cu sinif buraxılış imtahanı