Telefon dukani acmaq

Salam . Mən rayonda telefon dukani açmaq istəyirəm . Bunun üçün ilk once sececeyim yerin və magazanin rellaminin yaxşı olmasinin esas sert olmasino bilirəm Mənim bilmediyim seyler bulardi. 1. Dukani icareye goturdukde hər il üçün vergiler nazirliyine və başqa yerlere olunan odenisler. 2. Xaricden toplu şəkildə telefonun getirilmesi və qeydiyati. 3 . Xaricden getire bilmesem olkemizden telefonu hardan bazar qiymetlerinden ucuz ala bilərəm. 4. Acacaqim dukan balaca bir yer olacaq texmini 20 kvadrat metr. Bunun üçün mənə nə qədər pul lazimdi 5. Telefonla yanasi telefon aksesuarlarida satacaqimi dusunurem . Xaais edirəm meni maraqlandiran bu suallarla bagli ətraflı cvb yazasiz.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Web Saytlar Yaradılması (2018-09-27 02:58:21)
Salam. 1. Siz icarəyə obyekt götürdükdə vergi ödəməli deyilsiniz, çünki gəlir götürmürsünüz - siz alıcısınız. Ancaq icarə müqaviləsində göstərildiyi kimi icarə haqqından 14 % tutub ödəmə mənbəyinən tutulan gəlir vergisini ödəməli olacaqsınız. Başqa vergiləri soruşursunuzsa, VÖEN almalısınız və sadələşmiş vergi ödəyicisi kimi dövriyyənin 4 %-ni vergi ödəməlisiniz. 2. Xaricdən telefon gətirmək çətin məslədir. Bildiyimə görə monopoliyadadır. 3. Hər bir modelin distribyuterini tapıb onlardan 1 il zəmanətlə ala bilərsiniz. Ancaq daha ucuz qiymətə özləri gətirənlər var. 4. Satacağınız telefonların dəyəri və sayından asılı olacaq. 5. Mütləq telefon aksesuarları satmalısınız. Hətta aksesuar satışı bəzən telefon satışından daha çox gəlir verəcək. Həm də kapital yatırımı çox daha kiçikdir. Telefon təmiri ustası ilə 50/50 işləyə bilərsiz. Ehtiyyat hissələrinin satışından da gəlir götürərsiz.