Amazondan sifariş zamanı akkaundum niyə bağlanır?

Salam, amazon.com saytından sifariş verirəm. Akkaundumu bloka atır və mənə bu mesajı göndərir. Bu problemi necə aradan qaldıra bilərəm? Hello, There was a problem processing your order. You will not be able to access your account or place orders with us until we confirm your information. You can help us resolve this issue by replying to this message with the billing name, address, and phone number registered to your card. Please reply from the email address registered to your Amazon.com account. Once we have this information, we will reply within 12-24 hours. If needed, update your information with the card issuer. For your security, we restrict access to your billing details to a team of account specialists. Our Customer Service team cannot access these details or provide you with more information on this issue. They can only verify that we sent this request. We ask that you not open new accounts as any order you place may be delayed, and your customer experience may be adversely affected. Sincerely, Amazon.com

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Semender95 (2018-09-11 08:31:07)
Elə olanda amazonda pul ödənişinə görə error verir. Məndə ümumən profili silir

E. Hacı (2018-09-10 19:16:13)
Adınız kart üzərində necə yazılıbsa Amazonda billing name və shipping name-də də eləcə yazılmalıdır. Kartınızın da məlumatlarını doğru daxil etdiyiniz, balansda yetərincə məbləğ olması, ödənişin bank tərəfindən blok edilib edilməməsi (bəzi banklar 100 və ya 200$dan yuxarı əməliyyatları blok edirlər, gərək müştəri özü banka deyə ki mənim kartımdan bu limiit birdəfəlik götürün) məsələsini araşdırmanız lazım. Ehtimallar çoxdur və sadəcə düzgün yanaşma ilə araşdırmaq lazımdır. Məsələn elə cavablarnet-də dünən verilən digər bir oxşar sualda sual verən hesab edirdi ki, Camex ünvanı billing kimi daxil etmək problem yaradır. Amma ona da ayni araşdırmanı tövsiyyə etdim və araşdırıb öyrəndi ki limiti bank tətbiq edibmiş, amazon-da da ona görə error verib. Və məsələni rahatca həll etdi

Semender95 (2018-09-10 12:22:25)
Ad ilə əlaqədar ola bilər? Adım Səməndərdir. Amma kartda Samandar yazılıb.

Semender95 (2018-09-10 12:21:05)
Yalnış kart deyəndə Bank Respublikanın VİSA kartını daxil eləmişəm

E. Hacı (2018-09-10 12:15:47)
camex ilə sifariş verirsinizsə camex ünvanını daxil edin o zaman emailə cavab olaraq. ümumiyyətlə şübhəli nəsə olmasa belə bir şey də olmazdı. çox güman nəsə yanlış şey etmisiniz ki, şübhələnib sistem, və müvəqqəti bloka atıb. camex ünvanları ilə əlaqəli şey deyil problem. bəlkə də nəsə yanlış kart filan daxil etmisiniz, bilmirəm

Semender95 (2018-09-10 11:28:20)
Amazondan sifariş zamanı Azərbaycan adresi qəbul etmirlər axı. Öz adresimi göndərəndə də göndərmirlər ki, Azərbaycana çatdırılma yoxdur. Camex ilə sifariş zamanı adres ikisinə də camex ünvanı yazılmalı deyil?

E. Hacı (2018-09-10 11:13:59)
İngiliscə yazılan mətni tərcümə edin, orada hər şeyi aydın yazıblar. Sizdən həmin emailə cavab olaraq kartınızın aid olduğu şəxsin(yəqin ki sizin) ünvanını(ölkə,şəhər-qəsəbə-kənd, küçə), telefonunu, tam ad soyadını göndərməyi istəyirlər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sürücülük Vəsiqəsi

poçt ünvanı

Polis akademiyasindakı qruplarda hansı ixtisaslar var?

Aliexpress

amerikaya poct nece gonderilir

Poctla Bakiya esya gondermek.