Elektron qaimə nədir.

2016-cı ilin sonuna qədər şəxsi saytım vasitəsilə fiziki məhsullar satırdım və vergi ödəyirdim. Müştəriyə əmtəə müəssisələrinnən almış olduğum qaimə verirdim ödəniş zamanı. İndi saytın fəaliyyətini bərpa edərək işimə davam etmək istəyirəm. Efirdə bir neçə dəfə elektron qaimə terminini eşitmişəm. Bu haqda xahiş edirəm ətraflı məlumat verin mənə. Və əlavə olaraq öyrənmək istəyirəm ki mümkündürmü ki mən kiçik əl kassa aparatı alım və müştəriyə məhsulu verərkən yerindəcə çek verim kassadan? Və borcumuz avtomatik toplansin vergi hesabımda?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Shehla Huseynli (2018-09-11 21:04:40)
Bizə aid olmadığına sevindim. Çox təçəkkür edirəm cavab yazdığınız üçün.

E. Hacı (2018-09-11 01:35:50)
elektron qaimə nəqdsiz ödənişlər üçündür. bildiyiniz kimi hüquqi şəxslər arasında nəqd ödəniş artıq qadağan edilib. yalnız və yalnız bank köçürməsi ilə olmalıdır. bu ödənişlərin də qaiməsi elektron qaydada, asan və ya e-imza ilə göndərilir ödəyən tərəfə. Sizdə isə satış əgər vətəndaşlaradırsa, hüquqi şəxslərə deyilsə, siz əvvəlki qaydada davam edə bilərsiniz(əllə yazılan qaimə və ya kassa aparatı, hər ikisi mümkündür). Yenə də məsləhətdir ki, hər ehtimala qarşı, bu işlə məşğul olan bir mühasiblə də qısa məsləhətləşəsiniz.