Billing adress-in fərqli olması geri ödənişin edilməməsinə səbəb ola bilər mi?

Salam, online shopping saytından sifariş edərkən Paypalda billing adressi Camexin Amerikadakı adressi olaraq qeyd etdim. Ödənişi PayPalla etdiyim üçün təbii olaraq shopping saytındakı billing adress də Camexin Amerikadakı ünvanı oldu. Lakin PayPalda ölkəni Azərbaycan işarələdiyim üçün ünvanda uyğunsuzluq yarandı və shopping saytı sifarişi ləğv etdi. Daha sonra PayPalda sırf bu uyğunsuzluğa görə "error" bildirişi gəldi və mən kartın billing adressini Azərbaycana məxsus əraziyə uyğun dəyişdirdim və "error" aradan qalxdı. Lakin, məni bir sual maraqlandırır, sırf bu PayPalda billing adress dəyişikliyinə görə məbləğin geri qaytarılmasında problem ola bilər? Axı mən başqa billing adress-lə sifariş etmişəm, hal-hazırda isə dəyişmişəm. Çox sağ olun.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Nasibova (2018-09-27 13:32:08)
Təkrar çox sağ olun.

E. Hacı (2018-09-27 13:30:11)
xeyr, hüquqi olaraq mümkün deyil. pul sizindir və geri qayıdacaq, heç bir qayda pozuntusu buna əngəl olammaz.

Nasibova (2018-09-27 13:18:27)
Sadəcə bir şey var ki, sifarış zamanı PayPalda ölkəni Azərbaycan qeyd etməyimə baxmayaraq, billing-ə Amerika ünvanı yazmışam. Bunu qayda pozuntusu kimi qəbul edib geri ödəmədə problem çıxarmazlar? Başıma bəla oldu bu billing. Görək. Çox sağ olun.

E. Hacı (2018-09-27 12:43:20)
cancel və ya refund hər bir halda hesaba qayıdır, billing adreslə əlaqəsi yoxdur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aliexpress geciken paket

Poçtlarda bağlamalar üçün alınan pul

Gömrükdən kameralı saat buraxırlar?

Express poçtda gecikmə

Adsense və Azərbaycan bankları

Adsense Hesabi