TP_LINK modemdə domain bloklamaq.

Salam. TP-LINK modemdən istifadə edirəm. İstəyirəm ki, wi-fi ilə internetə qoşunlan istifadəçilər pornoqrafik saytlara girişini qadağan edim (beeg.com, xnxx.com və s. kimi ən çox istifadə olunalar). 192.168.1.1-dən Access Management bölməsində filter-ə daxil olub bu domainləri ora qeyd edirəm (məsələn, beeg.com). Ancaq save düyməsini sıxdıqda bo domain avtomatik olaraq http://beeg.com/ olaraq yaddaşa yazılır və nəticədə sayta daxil olan zaman brauzer http protokolu ilə deyil, https:// protokolu ilə sayta daxil olmağı bacarır. Hətta normalda http ilə qoşulduğum saytları blok edərkən brauzar həmin saytlara https protokolu ilə daxil olur. Filter bölməsinə saytın https://beeg.com/ şəklində yazdıqda isə həmin sayt http://https://beeg.com olaraq yaddaşa yazılır. Yəni avtomatik olaraq əvvəlinə http:// protokolunu əlavə edir. Sizcə problemin başqa çıxış yolu varmı? https://imgur.com/a/mMFV17x

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

neo13 (2018-10-06 17:15:34)
Domain filtirləməni bölümünü istifadə etmədiyim üçün köməklik göstərə bilməyəcəm. Ancaq pornografik saytları modemlə qadağa qoymaq istiyirsinizsə modemdə dns bölumünü tapın https://dns.yandex.com daha sonra bu sayta girib family bölümündəki dns i modemdəki dns bölümünə girib dəyişdirin.