Saytı müştəriyə təhvil vermək. Host/Domen məsələləri.

İlk dəfədir, sayt sifarişim var; Domen/Hostinq hardan/necə almaq lazımdır? (bu işlərdən heç xəbərim yoxdu, zəhmət olmasa, izah eliyin) Saytı təhvil verəndən sonra müştəriyə necə izah eliyirsən ki, hostun pulunu hər ay hara keçirsin. (Yəni ümumiyyətlə, hər şey haqda müştəri ilə necə danışmaq lazımdır, any tips?)

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

az-hosting (2018-10-11 02:07:20)
salam, Hostinq domain işlərində köməyinizə ehtiyyac varsa, bizimlə əlaqə saxlaya bilərsiniz. 24 saat Whatsapp texniki dəstək xəttimiz aktivdir. +994 55 5794737 https://az-hosting.org/

Web Saytlar Yaradılması (2018-10-11 01:00:19)
Aylıq domen, ya da hostinq olmur. Ya da axtarıb belə bir şey tapmısınızsa boş verin. .az domeni yalnız və yalnız Online.az saytında satılır, qeydiyyatdan keçirsiz, onlayn ödəniş edib alırsız. .com və başqa ölkə domenlərini, ya da başqa domenləri www.hostinq1.com kimi domen qeydiyyatı saytlarından ala bilərsiniz. Veb hostinqə gəldikdə, limitsiz veb-hostinq xidmətinə qoşun ki, sonradan başağrılar olmasın: https://hostinq1.com/shared-services/standard/ İllik 33 USD. Domeni (.com və başqa xarici domenləri) 3 illik qeydiyyat edərsə, SEO üçün daha yaxşı. Hostinqi də 3-5 illik ala bilər. Ya da qeydiyyat emailini, parolunu özünə verirsiz vaxtı çatanda ödəyir, sizi tapır, ya da başqa kimisə tapır. İldə 1 dəfə. Və ilin tamam olmasında 1 ay qalmış qeydiyyat emailinə xəbərdarlıq məktubu göndəriləcək. Ödəniş edilməsə problemlər ola bilər (saytı itirmək kimi).

neo13 (2018-10-10 05:23:33)
Müştəriniz azərbaycanlıdısa azərbaycandakı hostinq şirkətindən alın. örnək: https://www.baku.hosting/ https://ourhost.az/ https://hostimul.com/ Yaxşı olar müştəridən əvvəlcə hərhansı hosting şirkəti bilip bilmədiyini soyuşşun bildiyi şirkət varsa ordan alın. bilmirsə yaxşı olar domein+hosting illik biryerdə ödəməsini və filan şirkətə keçirəsi lazım olduğunu söyləyin. bu halda domeinlə hostinq eyni yerdən alınmalıdı. müştəri hərşeyi ancaq bir yerə illik ödəsin deyə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Pulsuz gözəl sayt açmaq üçün nəyi bilmək lazımdır?

Domen qiymətləri

Reklam Saytı açmaq istəyirəm.

şəklin üzərində yazını silmək üçün sayt

Sayt açmaq üçün nələr tələb olunur?

Sayt yığmaq