Bağlamamı ala bilmirəm

Salam,Almaniyadan dhl express poçtuyla 600 dollar məbləğində noutbuk göndərilib.Poçta gəlməyib.Gömrükdə saxlayıblar gedib götürmək istəyəndə Amerika səfirliyinin yanındakı vergilərdən 50 dollarlıq çek istəyiblər.Bu qanunauyğundurmu?Çünki qiymət 1000 dolları keçməyib axı.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Kamil Gadirov (2018-12-07 21:00:15)
Pul istəyəndə DHL lə danışıb geri göndərdik(sığortalıydı) sonra başqa yerdən bura göndərdik yenə eyni şey oldu şəbəkədə dedilərki gəlmiyib amma trackingdə gəkdiyini göstərirdi yenə gömrüyə getdik axtardıq axırda dedilərki şəbəkədədi şəbəkəyə yenə getdik yenə olmadığını dedilər dirəşdik axırda gedib içəri baxdılar tapdılar bağlamanı məlum olduki kompüterə vurmayıblar 2.40 dan başqa heç bir pul ödəmədik

maxxam (2018-10-29 13:08:14)
DHL ofisinde deyibler bunu ? Telefonlarina zeng edin sorusun . http://www.dhl.com/en/az/country_profile.html Neticeni zehmet olmasa yazarsiz

Kamil Gadirov (2018-10-26 20:54:36)
Vergilərdən dedilərki yeni qanun var 50 dollar ödəməlisən.

az-hosting (2018-10-23 09:47:13)
Məlumat üçün nəzərinizə çatdırırıq ki, Sifarişlərin dəyəri 1 (bir) ay ərzində 1.000 (min) ABŞ dolları məbləğinədək olduqda gömrük orqanları tərəfindən hər hansı bir rüsuma cəlb olunmur. 1.000 (min) ABŞ dollarından artıq olduğu təqdirdə isə qanunvericiliyə uyğun olaraq gömrük nomenkulaturasında nəzərə tutulan həcmdə rüsuma cəlb olunacaq. Qeyd edək ki, rusumun maksimum həddi 36% təşkil edir. Qanun beledir.

E. Hacı (2018-10-22 14:15:53)
Siz dəqiq təsvir etməlisiniz məncə məsələni. "Amerika səfirliyinin yanındakı vergilərdən 50 dollarlıq çek istəyiblər" - kim istəyir bunu sizdən? Çek nədir? Hansı çek? Vergilər çek vermir axı. 50$ necə hesablanıb? Niyə 100 yox, 50? Qanun çox sadədir, əgər biznes məqsədli alınan maldırsa, qiyməti lap 10$ da olsa rüsum ödəməlisiniz təxminən 35%. əgər şəxsi istifadə üçündürsə, 1000$-a qədər heç bir rüsum ödəmirsiniz. Məncə sizdə hazırda əsas problem odur ki, siz problemin nə olduğunu öyrənməmisiniz və ya izah etmirsiniz bu sualda.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Poçta internetdən (ebaydan) gələn mal

Sizcə mərkəzi poçtanın ünvanına xaricdən nəsə göndərmək olar?

Aliexpress’dın Telefon Gətizdirmək

Bağlamalar gecikir

Kitapyurdu paketi haqda məlumat

sifariş gömrükdə