Nar Mobile limitsiz internet paketinin sürət limitlidi?

Salam sual qəribə də görünsə Nar Mobile gecə istifadəsi zamanı bir neçə internet paketini limitsiz təyin edib. Məsələ burasındadı limitsiz olmağına limitsizdi ancaq internetin sürətində fərq var. Bir neçə ərazidə və bir neçə cihazla(telefon) yoxladım gecə istifadəsi zamanı yəni limitsiz olan zaman sürət 5-7 mb arası olur. Ancaq səhər saat 8:00 olan kimi eyni yerdə yoxlayıram artıq sürət 27-30 mb arası olur. Siz də belə halla qarşılaşmısınız?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-11-02 11:30:56)
Salam. Ümumi trafikə qənaət üçün sürəti özləri limitləmiş ola da bilər. Və ya daha məntiqli izah - pulsuzdur deyə gecə daha çox adam "sallanır" deyə sürət düşür. Şəxsən mən tanıyıram elə adamlar, gecə olan kimi ağır download fayllarına start verirlər mobil internet ilə. (Evdə wifi-ı olmayan, evdə olmayan, səfərdə olan, işdə növbədə olan və.s.) Məlum, internet paylayıcıların gücü sonsuz deyil və bəlli rəqəmlərlə ifadə olunan potensialı var, eyni potensialı gün ərzində paralel şəkildə 1000 adam istifadə edəndə olan sürətlə gecə 10000adam istifadə edən sürət arasında kəskin fərq olması təbiidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Internet sürəti yüksək olan halda video stream problemi

Ebay qeydiyyatda mobil nömrə

Mobile security code

Azercell nömrəm pin koda düşüb

Maaş kartımdan pul oğurlanır

Sərfəli operator