Avtomobil sığortası məbləği

QEZA ZAMANI ZƏRƏCƏKƏN AVTOMOBİLİNƏ YAZILAN SIĞORTA MEBLEGI NE QEDER TUTULUR MESELEN 2000MANAT YAZILIBSA ZERECEKENE NE QEDER PUL VERILIR

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2018-11-08 10:49:54)
təəssüf ki sizin hesablama ilə sığortanın hesablaması çox vaxt üst-üstə düşmür. Məsələn bir il əvvəl durduq yerdə "protiv" sürən taksi dəydi maşınıma, ön hissədə bir neçə qiymətli detal zədələndi. polisdən lazımi sənədi problemsiz olaraq aldım zərərçəkmişlik sübutu kimi. Təmir xərci 900 azn idi, əzilən detalları yenisi ilə dəyişmək(əslində belə olmalldlr, çünki təmir edəndə maşının dəyəri xeyli düşür aşağı, təmir olunsa belə) ilə olan xərci hardasa 3000 idi. sığorta zor bəla ilə 700 azn verdi. Təqsir məndə olmadığı halda hələ 200 azn də özümdən qoyası oldum ki, 900 aznlik təmir etdirim. Maşının da dəyəri xeyli düşmüş oldu kiçik kraska işi olduğuna görə. Sizin durumda da məsləhətdir ki, sığorta qane edici məbləğ deməyəndə siz 2000 azn deyib israr edin və yenidən başqa yerdə hesablamalarını tələb edin. Ta ki siz istəyən rəqəmə yaxın bir şey deyənə qədər. Amma bu çox get-gəl və zaman alacaq güman ki sizdən. Mən məəsələn özümdə olan hadisə məsələsində sırf get-gəl ilə vaxt itirməyim deyə 700ə razılaşmışdım.

Mr_Zaur (2018-11-07 18:16:18)
Maşın qəza olanda hər iki avtomobil yarasız yazıb qoydular xəbərlərə zərəri hesabladıb yazdırmışam 2000 yazıblar hələki gözləyirəm

E. Hacı (2018-11-07 18:11:37)
kimin tutmasından gedir söhbət? əgər sığorta hesablayırsa ki 2000 azn zərər dəyib, 2000 azn də ödənilir, heç bir tutulma olmadan