Zəmanət üçün göndəriş pulludur?

1 il əvvəl aldığım Sandisk mikro sd kartı əvvəlcə "yalnız oxunma" rejiminə keçdi, yazmaq, silmək, format etmək olmurdu, 1 ay keçdi tam xarab oldu. E-poçt ilə problemi bildirdim zəmanətlə dəyişəcəklərini yazdılar və malı Çexiyaya göndərmək üçün təlimatları göndərdilər: E-poçtu çap edib mikro sd ilə bir bağlamaya qoymaq və göndərdikləri "Commerial Invoice" sənədini 3 ədəd çap edib imzalayıb bağlama ilə birlikdə poçta vermək. Sualım budur ki, 1. Göndəriş üçün ödənişi mən etməliyəm yoxsa onlar? Çexiyaya göndərmə qiyməti nə qədərdir? 2. Bağlamanı və sənədləri verməliyəm yazılıb. Bəs daşınma zamanı bir-birindən ayrı düşməmələri üçün "Commerial Invoice" sənədi bağlamanın üzərinə yapışdırılmalıdır? Və ya bağlamanın üzərində başqa nə isə yazılmalıdır? Təlimatda bunlar yazılmayıb.

Verilmiş cavablar və yazılan şərhlər (0 cavab var)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

AliExpress, Telefon, Rüsum

Ebaydan alınan mallara görə gömrük tarifləri

Bağlama saxlanılıb. Xarici nömrəsi: CY571340947DE

Daxili poçt 1 kq qədər Tariflər

Xaricdən telefon sifariş etməyə icazə varmı ?

Aliexpresdən sifariş olur?