Deyəsən paypal pulumu oğurlayıb.

Bir paltar sifariş etdim. Sifarişim qəbul edilmədi, pul geri qaytarıldı (refund). Paypal səhifəmə girəndə bunu görmək olur. Ödənişin və geri qaytarılışın tarixləri, kim tərəfindən edildiyi göstərilir. Bank hesabıma girəndə isə hesabıma heç bir pul qaytarıldığı görünmür. Balans söhbəti də olmamalıdı, çünki elə birşey görünmür ana səhifədə. Bildiyim qədərilə kart vasitəsilə ödəniş etmişəm. Paypalın insanları bucür aldatdığı adi birşey deyil. Nə edə bilərəm indi? Bankla əlaqə saxlamaq fikrim var. Köməyi dəyəcəkmi?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-11-09 11:24:20)
Paypal 50 milyardlıq şirkətdir, sizin pulunuzu niyə oğurlasın ki? Belə önyarğılı olmaq düzgün deyil ümumən. Refund yazıbsa 3-33 gün ərzində pul karta qayıdır. Adətən 3-5 gün çəkir, amma 33 günə kimi uzana bilər nadir hallarda. 5 gün sonra pul oturmasa, banka zəng edib fərdi qaydada pulu blokdan çıxarıb geri oturtmasını istəyə bilərsiniz, bank bunu tezləşdirə bilir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Burdan telefon almaq meslehetdir?

PC ÜÇÜN MAC OS ƏMƏLİYYAT SİSTEMİ

Türkiyədən Azərbaycana shipping

Fermada işçinin maaşı nə qədərdir?

Ebay Tracking code

Paypal və ebay problemim