Canlı yayım zamanı TV kanalın koda düşməsi haqqında

Salam. İctimai TV-də idman yarışı, dünya çempionatı başlayanda yayım kəsildi, kanal koda düşdü. Televizorun ekranında “No Cl Module” yazısı görünür. Bilmək istəyirəm ki kanal yayımı koda salanda, yayımı kəsəndə burdan qazanc (madiyyat) əldə edir? Kanal üçün əhəmiyyət kəsb edir bu? Nəyə görə canlı yayımı koda salırlar?

Evdə televizor Smart TV olduğuna görə çöldəki peyk antenanın çanağından gələn kabel, evdə birbaşa televizorun arxasındakı müvafiq yerə taxılıdır. Yəni ki kanallar televizorun öz tənzimləməsində yığıldığına görə televizorun yanında əlavə peyk antena cihazı qoymağa ehtiyac yoxdur. Buna görə də bilmək istəyirəm ki, canlı yayım zamanı TV kanalın yayımı kəsilərsə, koda düşərsə, mən necə edim ki yayım açılsın?
Bunu televizorun tənzimləməsindən düzəltmək mümkündür?

Zəhmət olmasa bilənlər suallarıma cavab yazardınız.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

(20:57, 12/11/2018 ) #73267

Kanal koda dusur ki diger olkeler baxmasinlar. Cunki idman yayimlari pulla alinir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:51, 12/11/2018 ) #73270

    Salam. Mən digər ölkələrdən hansındasa yaşamıram, Azərbaycanda yaşayıram. Digər ölkələrə görə baxmamalıyıq kanalın yayımına?
    Necə edim ki baxa bilim?
    Bilən varsa yazsın zəhmət olmasa. Sualda qeyd etdiyim kimi televizorun yanında peyk antenanın cihazı yoxdur, çöldən gələn kabel birbaşa televizorun arxasına taxılıdır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:09, 12/11/2018 ) #73271

      Bir basa kabel yeginki peyke gedir ?
      Yerli regemsal kanallar koda dusmur. Peyk yayimindakilar dusur.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:12, 13/11/2018 ) #73276

Peyk antena hesabına baxırıq televizorda TV kanallara, həm yerli həm də digər kanallara. Mən sualda qeyd etmişəm İctimai TV-də yayım kəsilir. İctimai kanal da yerli kanaldır. Mən də elə bunu bilmək istəyirəm ki, necə edim ki yayım açılsın baxa bilək?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:28, 13/11/2018 ) #73286

    Peyk antena hesabına baxırıq televizorda TV kanallara>>>> Ona gorede kesilir, ne olsun yerli kanaldir, axi peykden yayimlanir ona gore diger olkeler efire baxa biler.
    Kesilmesin deye, yerli siqnal ile baxin yeni reqemsal yayimla. Yada peykde yayimlanan ictimai kanalin kodunu tapib daxil edin
    (AzerSpace 1)
    Biss: 12 12 12 36 12 12 12 36

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:05, 15/11/2018 ) #73334

      Qeyd etdiyiniz biss kodu peyk antenanın cihazı olmadan istifadə etmək mümkündür? Televizorun tənzimləməsindən bunu etmək mümkündür?
      Tənzimləmədə bilmədiyim şeylərə müdaxilə etmək istəmirəm, buna görə soruşuram, zəhmət olmasa yazardız.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:03, 15/11/2018 ) #73337

      Biss kodun daxil edilmesi barede, televizorun modelini internetde yazib axtarmaq lazimdir bu barede.
      Yada burda sual qoymaq. Televizorun markasini ve modelini yazmaqla.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(04:20, 17/11/2018 ) #73364

Televizorun tənzimləməsində modelinin tam adı göstərilib.

Marka: LG
Model: 32LA620V-ZA

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:48, 17/11/2018 ) #73369

    Kodlari yazmaq ucun emulyator lazimdir (televizorda qizli menu) 90% televizorlarda emulyator qoymurlar.
    Eger varsa, texmini bu yolla yoxlamaq olar
    >>меню – установка системы – ТВ система – Pultda qirmizi duyme basmaq (yoxdursa, pultda 0000 ve ya 9999 yugmaq lazimdir.
    Amma cetin alinsin. Size ayrica tv tuner lazimdir. Onlarda biss emulyatoru var.
    Birde siz niye yerli regemsal yayimla baxmirsiniz sade antenna ile ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:11, 18/11/2018 ) #73381

      Cavabladığınız üçün çox sağ olun.
      Bizim ev birinci mərtəbədə olduğuna görə adi antena ilə baxmaq olmur, əvvəl binanın damında adi antenamız var idi və həmin antenanın hesabına baxa bilirdik yerli kanallara amma indi binanın damını təmir ediblər və hal-hazırda bütün antenalar yığışdırılıb ordan istifadə etmək olmur. Həm buna görə həm də yerli olmayan kanallara baxa bilmək üçün peyk antenadan istifadə edirik hal-hazırda. Yəni ki peyk antena birinci mərtəbədə quraşdırılıb. Televizorun tənzimləməsinə baxdım, siz qeyd etdiyiniz kimi yoxdur. Mən televizorun markasını və modelini qeyd etdim burda. Cavabda yazdığınız kimi tv tunerdən istifadə edəndə yayım kəsilmir?
      Tv tuner deyərkən mən qeyd etdiyim televizora uyğun nə almalıyam?
      Link varsa yazardız zəhmət olmasa.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:51, 18/11/2018 ) #73382

    TV tuner almaq ucun elave hecne lazim deyil. Sederek T/M -de 30 AZN aparatlar var. Eurostar olmalidi adi.
    Onlar Biss kodlari destekleyir. Alsaniz sorusun bu barede.
    Eger Ictimai kanal hemen biss kodla kodlanirsa, siz kodu daxil edenden sonra bir daha sizde baglanmiyacaq.
    Biss kodla kodlanan, bezi pullu kanallarida acmaq olur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:01, 19/11/2018 ) #73387

      Mən əslində sualda buna görə qeyd etmişdim ki peyk antenanın çöldən gələn kabeli birbaşa televizorun arxasında uyğun yerə taxılıdır, kanallar da televizorun öz tənzimləməsində uyğun yerdən yığılıb, əlavə aparata ehtiyac olmadan. Siz dediyinizi bilirdim əslində buna görə sualda vurğulamışdım. Buna görə bilmək istəyirdim siz dediyiniz kimi əlavə aparata ehtiyac olmadan kanalda canlı yayım kəsiləndə yayımı necə aça bilərəm. Deməli başqa cür mümkün deyil, sağ olun.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:01, 19/11/2018 ) #73388

      Təşəkkür

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (1 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (7 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (7 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024