Canlı yayım zamanı TV kanalın koda düşməsi haqqında

Salam. İctimai TV-də idman yarışı, dünya çempionatı başlayanda yayım kəsildi, kanal koda düşdü. Televizorun ekranında "No Cl Module" yazısı görünür. Bilmək istəyirəm ki kanal yayımı koda salanda, yayımı kəsəndə burdan qazanc (madiyyat) əldə edir? Kanal üçün əhəmiyyət kəsb edir bu? Nəyə görə canlı yayımı koda salırlar? Evdə televizor Smart TV olduğuna görə çöldəki peyk antenanın çanağından gələn kabel, evdə birbaşa televizorun arxasındakı müvafiq yerə taxılıdır. Yəni ki kanallar televizorun öz tənzimləməsində yığıldığına görə televizorun yanında əlavə peyk antena cihazı qoymağa ehtiyac yoxdur. Buna görə də bilmək istəyirəm ki, canlı yayım zamanı TV kanalın yayımı kəsilərsə, koda düşərsə, mən necə edim ki yayım açılsın? Bunu televizorun tənzimləməsindən düzəltmək mümkündür? Zəhmət olmasa bilənlər suallarıma cavab yazardınız.

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

Galaxy (2018-11-19 20:01:41)
Təşəkkür

Galaxy (2018-11-19 20:01:17)
Mən əslində sualda buna görə qeyd etmişdim ki peyk antenanın çöldən gələn kabeli birbaşa televizorun arxasında uyğun yerə taxılıdır, kanallar da televizorun öz tənzimləməsində uyğun yerdən yığılıb, əlavə aparata ehtiyac olmadan. Siz dediyinizi bilirdim əslində buna görə sualda vurğulamışdım. Buna görə bilmək istəyirdim siz dediyiniz kimi əlavə aparata ehtiyac olmadan kanalda canlı yayım kəsiləndə yayımı necə aça bilərəm. Deməli başqa cür mümkün deyil, sağ olun.

Emil- (2018-11-18 21:51:06)
TV tuner almaq ucun elave hecne lazim deyil. Sederek T/M -de 30 AZN aparatlar var. Eurostar olmalidi adi. Onlar Biss kodlari destekleyir. Alsaniz sorusun bu barede. Eger Ictimai kanal hemen biss kodla kodlanirsa, siz kodu daxil edenden sonra bir daha sizde baglanmiyacaq. Biss kodla kodlanan, bezi pullu kanallarida acmaq olur.

Galaxy (2018-11-18 20:11:43)
Cavabladığınız üçün çox sağ olun. Bizim ev birinci mərtəbədə olduğuna görə adi antena ilə baxmaq olmur, əvvəl binanın damında adi antenamız var idi və həmin antenanın hesabına baxa bilirdik yerli kanallara amma indi binanın damını təmir ediblər və hal-hazırda bütün antenalar yığışdırılıb ordan istifadə etmək olmur. Həm buna görə həm də yerli olmayan kanallara baxa bilmək üçün peyk antenadan istifadə edirik hal-hazırda. Yəni ki peyk antena birinci mərtəbədə quraşdırılıb. Televizorun tənzimləməsinə baxdım, siz qeyd etdiyiniz kimi yoxdur. Mən televizorun markasını və modelini qeyd etdim burda. Cavabda yazdığınız kimi tv tunerdən istifadə edəndə yayım kəsilmir? Tv tuner deyərkən mən qeyd etdiyim televizora uyğun nə almalıyam? Link varsa yazardız zəhmət olmasa.

Emil- (2018-11-17 11:48:45)
Kodlari yazmaq ucun emulyator lazimdir (televizorda qizli menu) 90% televizorlarda emulyator qoymurlar. Eger varsa, texmini bu yolla yoxlamaq olar >>меню - установка системы – ТВ система – Pultda qirmizi duyme basmaq (yoxdursa, pultda 0000 ve ya 9999 yugmaq lazimdir. Amma cetin alinsin. Size ayrica tv tuner lazimdir. Onlarda biss emulyatoru var. Birde siz niye yerli regemsal yayimla baxmirsiniz sade antenna ile ?

Galaxy (2018-11-17 04:20:05)
Televizorun tənzimləməsində modelinin tam adı göstərilib. Marka: LG Model: 32LA620V-ZA

Emil- (2018-11-15 22:03:10)
Biss kodun daxil edilmesi barede, televizorun modelini internetde yazib axtarmaq lazimdir bu barede. Yada burda sual qoymaq. Televizorun markasini ve modelini yazmaqla.

Galaxy (2018-11-15 19:05:09)
Qeyd etdiyiniz biss kodu peyk antenanın cihazı olmadan istifadə etmək mümkündür? Televizorun tənzimləməsindən bunu etmək mümkündür? Tənzimləmədə bilmədiyim şeylərə müdaxilə etmək istəmirəm, buna görə soruşuram, zəhmət olmasa yazardız.

Emil- (2018-11-13 13:28:00)
Peyk antena hesabına baxırıq televizorda TV kanallara>>>> Ona gorede kesilir, ne olsun yerli kanaldir, axi peykden yayimlanir ona gore diger olkeler efire baxa biler. Kesilmesin deye, yerli siqnal ile baxin yeni reqemsal yayimla. Yada peykde yayimlanan ictimai kanalin kodunu tapib daxil edin (AzerSpace 1) Biss: 12 12 12 36 12 12 12 36

Galaxy (2018-11-13 00:12:23)
Peyk antena hesabına baxırıq televizorda TV kanallara, həm yerli həm də digər kanallara. Mən sualda qeyd etmişəm İctimai TV-də yayım kəsilir. İctimai kanal da yerli kanaldır. Mən də elə bunu bilmək istəyirəm ki, necə edim ki yayım açılsın baxa bilək?

Emil- (2018-11-12 22:09:42)
Bir basa kabel yeginki peyke gedir ? Yerli regemsal kanallar koda dusmur. Peyk yayimindakilar dusur.

Galaxy (2018-11-12 21:51:56)
Salam. Mən digər ölkələrdən hansındasa yaşamıram, Azərbaycanda yaşayıram. Digər ölkələrə görə baxmamalıyıq kanalın yayımına? Necə edim ki baxa bilim? Bilən varsa yazsın zəhmət olmasa. Sualda qeyd etdiyim kimi televizorun yanında peyk antenanın cihazı yoxdur, çöldən gələn kabel birbaşa televizorun arxasına taxılıdır.

Emil- (2018-11-12 20:57:03)
Kanal koda dusur ki diger olkeler baxmasinlar. Cunki idman yayimlari pulla alinir.